Category: Məqalələr

9 Yan Yazar: VMConsulting

Dövlət və vergi rüsumları hara köçürülməli?

Hörmətli vergi ödəyiciləri! Nəzərinizə çatdırırıq ki, hər bir şəhər və rayon üzrə vergi və digər daxilolmalar (o cümlədən maliyyə sanksiyaları, faizlər) büdcəyə yalnız aşağıdakı müvafiq hesablar vasitəsilə köçürülür: Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar Dövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta ayırmaları köçürüləcək hesablar  yeni Dövlət Xəzinədarlığı orqanlarında məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar  yeni Dövlət Xəzinədarlığı […]
8 Avq Yazar: VMConsulting

Vergilər Nazirliyi işçilərin sayını və maaşını gizlədənlərə xəbərdarlıq etdi

Vergilər Nazirliyi əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi ilə bağlı konsepsiyanı təsdiq edib. Sənəd vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və uyğun tədbirlərin görülməsini müəyyən edir. Nazirliyin məlumatına görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə […]
18 İyn Yazar: VMConsulting

AR Prezidenti minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 iyun 2019-cu il tarixində minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. […]
24 May Yazar: VMConsulting

Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir…

Daşınmaz əmlakın uçotunda fikir verilməli ən vacib məsələ odur ki, vergi ödəyicisi tikilinin və altındakı torpaq sahəsinin ayrılıqda uçota alınmasını təmin etməlidir. Mülkiyyətdə olan torpağın istifadə müddəti olmur, yəni o, köhnəlmir və buna görə də ona amortizasiya hesablanmır. Tikilinin isə istifadə müddəti məhdud olduğu üçün ona amortizasiya hesablanır və dövri olaraq təmir edilir. Məhz bu […]
24 May Yazar: VMConsulting

Müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandıqda əmlak vergisi necə hesablanır?

Vergi Məcəlləsinin 201.1.1-ci maddəsinə əsasən, müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda, əmlak vergisi Vergi Məcəlləsinin 14.3.4-cü maddəsinə uyğun müəyyən edilmiş dəyərə əmlak vergisinin dərəcəsi tətbiq edilməklə hesablanır. Sığortalanan əmlakın dəyəri bazar qiyməti nəzərə alınmaqla müəyyən edildiyi halda, Vergi Məcəlləsinin 202-ci maddəsinin müddəaları tətbiq olunmur. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir. Bu maddənin […]
17 May Yazar: VMConsulting

AL-2019 finalı və AÇ-2020 ilə bağlı güzəşt və azadolmaların tətbiqi qaydası

Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi QAYDASI 1. Bu Qayda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (bundan sonra – AFFA) hüquqi və fiziki şəxslərə (bundan sonra – şəxs) Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının […]
17 May Yazar: VMConsulting

Əmək müqaviləsi ilə prosedurlarda dəyişiklik edilib

“Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”da dəyişiklik edilib. FED.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. […]
17 May Yazar: VMConsulting

Əcnəbilərin sosial sığorta haqqı ödəmək öhdəliyi varmı?

2019-cu il yanvarın 1-dən sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması və yığım funksiyası dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib. Bu dəyişikliklə bağlı tez-tez səsləndirilən suallardan biri də ölkəmizdə yaşayan əcnəbi vətəndaşların sığorta öhdəlikləri ilə bağlıdır. Vergilər Nazirliyindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi […]
17 May Yazar: VMConsulting

Gələn ildən şirkətlər və işçilər hər biri əlavə aylıq 2 % haqq ödəyəcəklər

Azərbaycan vətəndaşlarının ödəyəcəyi icbari tibbi sığorta haqqının məbləği açıqlanıb. Bütün işləyən şəxslərdən əmək haqqının 2%-i qədər, işəgötürənlərdən isə işçilərinə ödədikləri əmək haqqının 2%-i qədər sığorta haqqı tutulacaq. İşləyən əhali üçün icbari tibbi sığorta haqqı şirkətlərdən və onların işçilərinin əməkhaqlarından tutulacaqdır. “Marja”nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev sığorta haqlarından danışıb. Agentliyin sədri […]