Dövriyyə fondları
Dövriyyə fondları — istehsal vasitələrinin elə hissəsidir ki, (xammal, material, yanacaq və b.), onlar bir istehsal tsiklində tamamilə istehlak olunur və bu zaman öz dəyərlərini istehsal olunan məhsulun üzərinə bütünlükdə keçirir və natural formalarını itirirlər. Özlərinin təyinatına, yaradılma zəruruliyini müəyyən edən amillərin müxtəlifliyinə görə dövriyyə fondları istehsal ehtiyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri adlanan tərkib hissələrinə ayrılır.
İqtisadi terminlər lüğətinə qayıt