Archives: İqtisadi terminlər lüğəti

Asan İmza

Asan İmza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

Assosasiyalar

Assosasiyalar və ittifaqlar sahibkarlıq fəaliyyətlərini əlaqələndirmək və birgə əmlak münasibətlərini tənzimləmək məqsədilə kommersiya təşkilatlarının müqavilə əsasında birləşməsi.

Atribut

Atribut — Hadisələrin, proseslərin, sistemlərin mütləq mənalı ayrılmaz xassəsi. Bunsuz hadisələrin, sistemlərin özləri mövcud ola bilməzlər.

Audit xidmətləri
Audit

Audit — İdarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemidir.

Audit xidmətləri, bir şirkətin maliyyə və hesabat proseslərini, əməliyyatlarını və daxili nəzarət sistemlərini yoxlamaq, dəyərləndirmək və təhlil etmək üçün istifadə edilən xidmətlərdir. Audit xidmətləri müxtəlif növlərdə olur və əsasən şirkətin nəzarəti, audit hesabatı, vergi auditləri, daxili audit, mühasibat auditləri, risk idarəetməsi, məlumat texnologiyaları auditləri və digər audit xidmətlərini daxil edir.

Audit xidmətləri, şirkətin hesabatını təhlil edərək, şirkətin finansal məlumatlarının doğruluğunu, güvənilirliyini və qanunsuzluq və ya qanunsuz fəaliyyət işarələrini yoxlamaq və raporlaşdırmaq üçün istifadə edilir. Audit xidmətləri müxtəlif məqsədlər üçün istifadə edilir və şirkətin daxili idarəetməsi, investisiyaçılar, kreditçilər və vergi idarəetməsi tərəfindən tələb edilə bilər.

Onu da yada salaq ki, “VM Consulting” şirkəti audit xidmətləri sahəsində uzmanlaşmış bir şirkət olaraq, fiziki və hüquqi şəxslərə öz xidmətlərini təklif edir.

Autsayder

Autsayder – Müəyyən mülahizələrə, səbəblərə görə inhisar birliklərinə daxil olmayan müəssisələr.

Autsorsinq

Outsourcing (autsorsinq) – ingilis dilindən tərcümədə xarici mənbədən/resursdan istifadə deməkdir. Bu biznes proseslərini və/və ya bəzi biznes funksiyalarını üçüncü tərəf şirkətin (autsorser) rəhbərliyinə ötürmək məqsədilə xarici resursların cəlb edilməsidir. Burda məqsəd xərcləri azaltmaq, keyfiyyəti artırmaq və şirkətin rəqabət qabiliyyətini artırmaq üçün digər strateji məqsədlər ola bilər.

Avtomatlaşdırılmış idarəetmə sistemi

Avtomatlaşdırılmış idarəetmə sistemi – Kompleks texniki vasitələrdən istifadə əsasında uçot, idarəetmə və müxtəlif hesablamalar məqsədilə informasiyaların toplanmasını, işlənib hazırlanmasını (emalını), saxlanması və verilməsini təmin edən isarəetmə sistemi.

Avuarlar

Avuarlar — Ödəmələrə və öhdəliklərin yerinə yetirilməsinə yönəldilən aktivlərdir (pul vəsaiti, qəbzlər, veksellər, köçürmələr, akkreditivlər).

Azad iqtisadi zona

Azad iqtisadi zonaya bir növ ixtisaslaşmış iqtisadi zona, birgə sahibkarlıq zonası, azad ticarət zonası və b. daxildir. Azad iqtisadi zona – milli və xarici sahibkarlar üçün güzəştli iqtisadi şərtlərlə nəzərdə tutulmuş məhdud ərazi hissəsinə deyilir.

Bank

Bank – Fiziki və hüquqi şəxslərin pul əmanətlərinin cəlb edilməsi, qaytarılması, onlar üçün bank hesablarının açılması, kassa xidmətlərinin göstərilməsi və s. əməliyyatlarla məşğul olan kredit təşkilatı.