Vergi məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Vergi məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1074-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.

Vergi məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda

Dövlət və vergi rüsumları hara köçürülməli?
Dövlət və vergi rüsumları hara köçürülməli?

Hörmətli vergi ödəyiciləri!

Nəzərinizə çatdırırıq ki, hər bir şəhər və rayon üzrə vergi və digər daxilolmalar (o cümlədən maliyyə sanksiyaları, faizlər) büdcəyə yalnız aşağıdakı müvafiq hesablar vasitəsilə köçürülür:

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar

Dövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta ayırmaları köçürüləcək hesablar  yeni

Dövlət Xəzinədarlığı orqanlarında məcburi dövlət sosial sığorta ayırmaları köçürüləcək hesablar  yeni

Dövlət Xəzinədarlığı orqanlarında vergi və digər büdcə ödənişləri köçürüləcək hesablar üzrə axtarış sistemi

Büdcə gəlirlərinin təsnifatı

Büdcə səviyyəsinin kodları

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin xarici valyutada bank rekvizitləri

Vahid ƏDV Depozit Hesabının rekvizitləri:

Ad: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV)

Kod: 210027

VÖEN: 1401555071

Müxbir hesab: AZ07NABZ01360100000000004944

SWIFT BİK: CTREAZ24

Hesab N– AZ48CTRE00000000000000014001

Ödəniş tapşırığının nümunəsiDövlət təşkilatının ödəniş tapşırığının nümunəsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.
  5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.
  6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 21 dekabr 2018-ci il

№ 556

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilətəsdiq edilmişdir.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyalarıİşçilərinin orta siyahı sayı (nəfər)İllik gəliri (ig) (min manat)
Mikro sahibkar1 – 10ig ≤ 200
Kiçik sahibkar11 – 50200 < ig ≤ 3 000
Orta sahibkar51 – 2503 000 < ig ≤ 30 000
İri sahibkar251 və ondan yuxarı30 000 < ig

Qeydlər:

  1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
  2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
  3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
  4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
POS-terminallar
POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulu

POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtinaya görə nəzərdə tutulan maliyyə sanksiyaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilmişdir:

  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  • rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
  • hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
  • vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respubikasının Nazirlər Kabinetinin Qərarı

VM Consulting şirkətindən mühasibat, vergi və kadr uçotu xidmətləri;
VM Consulting şirkətindən mühasibat, vergi və kadr uçotu xidmətləri

Sahibkar olaraq gün ərzində çoxlu əməliyyatlar yerinə yetirirsiniz. Lakin hər şeyə vaxtınız çatmır. Yorucu sənəd işinə və qarışıq hesabatlara sərf edəcəyiniz vaxtı biznesinizin inkişafına ayıra bilərdiniz. “Vergi & Mühasibat Consulting” MMC (VM Consulting) ilə əməkdaşlıq edərək bütün vaxtınızı biznesinizə ayıracaqsınız.

Təklif etdiyimiz xidmətlər:

7 illik fəaliyyətimiz nəticəsində şirkətlərə yüksək səviyyəli xidmətlər göstərərək onların etibarını qazanmışıq.

Vergi & Mühasibat Consulting – Siz rəhbərlik edirsiniz, biz yerinə yetiririk.

Mühasibat, Vergi və Kadr Uçotu Xidmətləri – Vergi & Mühasibat Consulting MMC
Azərbaycan Respublikası Vergi Məcəlləsi
Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsini aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz:

www.vmconsulting.az/docs/azerbaycan-respublikasinin-vergi-mecellesi.doc

Azərbaycan Respublikası Əmək Məcəlləsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Azərbaycan Respublikası Əmək Məcəlləsini aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz:

www.vmconsulting.az/docs/azerbaycan-respublikasinin-emek-mecellesi.doc

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz:

www.vmconsulting.az/docs/azerbaycan-respublikasinin-inzibati-xetalar-mecellesi.doc

Vergilər Nazirliyi
Vergilər Nazirliyi işçilərin sayını və maaşını gizlədənlərə xəbərdarlıq etdi

Vergilər Nazirliyi əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi ilə bağlı konsepsiyanı təsdiq edib. Sənəd vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və uyğun tədbirlərin görülməsini müəyyən edir.

Nazirliyin məlumatına görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq səkkiz min manatadək əldə etdikləri gəlirlərin yeddi il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir parçasıdır.

Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə çalışan və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur.

Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin ölçüsü daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir.

Bundan başqa, bir sıra sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab olunması üçün önəmli əsaslar olduğu halda, işə qoşduqları şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə görə, ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə sonuclanır.

Vergi ödəyicilərinin muzdla işləyən işçilərinə əməkhaqqını uçotdankənar verməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilməməsi həmin şəxslərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da gətirib çıxarır.

Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq edilmiş yeni konsepsiyanın da başlıca məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir.

Risk qrupunda olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemindən və başqa qaynaqlardakı məlumatlardan da yararlanması düşünülüb.

Vergi orqanı əmək münasibətləri sahəsində vergi ödəyiciləri üzrə işçi sayı, əməkhaqqı fondu, o sıradan bir işçiyə düşən orta aylıq əməkhaqqı məbləği, bəyannamə, hesabat göstəriciləri və “Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlar əsasında araşdırma apararaq riskləri müəyyən edəcək.

Araşdırmalar aparılarkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.

Konsepsiyaya görə, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını yaradacaq. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri ilə bağlı” bildiriş göndəriləcək.

Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi üçün vergi ödəyicisi vergi orqanına çağırılacaq və görüş zamanı vergilərin, o cümlədən, işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq.

Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşdıqda uyğun dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin verilməsi təmin ediləcək. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək.

Qaynaq: YALAN.info

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Prezident sərəncam imzaladı: Minimum aylıq əməkhaqqı artırılsın

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 iyun 2019-cu il tarixində minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırsın;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyun 2019-cu il

Qeyd edək ki, daha öncə Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilmişdir.