Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir…

Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir...
Daşınmaz əmlakın vergi uçotunda nələrə diqqət yetirilməlidir…

Daşınmaz əmlakın uçotunda fikir verilməli ən vacib məsələ odur ki, vergi ödəyicisi tikilinin və altındakı torpaq sahəsinin ayrılıqda uçota alınmasını təmin etməlidir. Mülkiyyətdə olan torpağın istifadə müddəti olmur, yəni o, köhnəlmir və buna görə də ona amortizasiya hesablanmır. Tikilinin isə istifadə müddəti məhdud olduğu üçün ona amortizasiya hesablanır və dövri olaraq təmir edilir. Məhz bu səbəbdən də onların uçotu həmişə ayrılıqda aparılmalıdır.

Məsələn, elə hallar olur ki, şirkət kənardan tikili və üzərində mülkiyyətdə olan torpaq sahəsi alır. Sözsüz ki, bu halda torpaq və üzərində olan tikili vahid qiymətə alınır. Bəzi mühasiblər bunu tikili kimi qeyd edir ki, bu da ciddi səhvdir. Çünki əmlakın dəyəri torpaq və tikilidən ibarətdir və bəzi hallarda torpaq tikilidən baha olur. Bu cür səhv addım sonda nə ilə nəticələnir? Sözsüz ki bu, amortizasiya ayırmalarının süni şişirdilməsi, təmir xərclərinin gəlirdən çıxılan xərclərə aid edilən hissəsinin əsassız artırılmasına xidmət edir. Vergi yoxlaması zamanı vergi müfəttişi bu cür halı müşahidə etsə, bunu vergi bazasının azaldılması kimi qiymətləndirə bilər.

Misal: 
Tutaq ki, hər hansı şirkət Yazamal rayonunda xüsusi mülkiyyətdə olan 5 sot torpaq sahəsi üzərində tikilmiş 200 m2 sahəsi olan 2 mərtəbəli binanı 500 min manata əldə edir. Mühasib bu alışı balansda yalnız tikili kimi əks etdirir. Bu halda o, həmin məbləğə illik amortizasiya hesablayır və təmir xərclərini bu məbləğə uyğun olaraq xərclərə aid edir. Ona görə də yoxlama keçirən vergi müfəttişi araşdırma zamanı müəyyənləşdirə bilər ki, həmin ərazidə analoji torpaq sahəsinin qiyməti 200 min manatdır və tikilinin dəyəri təxminən 300 min manat ətrafinda olmalı idi. Belə olduqda müəyyən edilir ki, vergi ödəyicisi torpaq sahəsini ayrı göstərməməklə xərclərin şişirdilməsi faktlarına yol verib.

Mənbə: https://vergiler.az/news/articles/2239.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir