Xalis mənfəət

Xalis Mənfəət
Xalis mənfəət

Xalis mənfəətMənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.

Mənfəət satışdan məhsulun maya dəyərini və göstərilmiş xidmətləri çıxmaqla əldə edilir. Şirkət üçün ən vacib iqtisadi göstərici Xalis mənfəətdir.

Xalis mənfəət – maya dəyəri və xərcləri çıxandan müəssisədə pulun qalmasını bildirən göstəricidir. Bu zaman qalan vəsait ya müəssisənin inkişafına yönəldilir (bu halda bölüşdürülməmiş mənfəətə çevrilir), ya da təsisçi və səhmdarlara dividend şəklində bölüşdürülür.

Xalis mənfəətin hesablanması üçün düstur:

Xalis mənfəət = Satışdan gəlir – Ümumi maya dəyəri

Xalis mənfəət barədə məlumat müəssisənin “Mənfəət və zərər haqqında” hesabatından əldə edilir.

Mənfəət və zərər haqqında hesabatın əsas düsturları:

  1. Satışdan gəlir = Satılmış məhsulun qiyməti x Satılmış malın miqdarı
  2. Ümumi mənfəət = Satışdan gəlir – Maya dəyəri və digər birbaşa xərclər
  3. Əməliyyat mənfəəti = Ümumi mənfəət – Qaimə xərcləri və digər dolayı xərclər
  4. Mənfəət vergisindən əvvəlki mənfəət = Əməliyyat mənfəəti – Birdəfəlik ödənişlər, işdən çıxma ödənişləri, yenidən təşkil olunma xərcləri – Ödənilmiş faizlər
  5. Xalis mənfəət = Mənfəət vergisindən əvvəlki mənfəət – Mənfəət vergisi
  6. Bölüşdürülməmiş mənfəət = Xalis mənfəət – Dividendlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir