Xüsusi dəyər

Xüsusi dəyər

Xüsusi dəyər (special value) — Dəyərin bazar dəyərindən yüksək olmasını şərtləndirən nadirlik elementinin mövcudluğunu ifadə edən anlayışdır. Xüsusi dəyər gözdən keçirilən əmlak obyektinin yaxınlıqda yerləşən başqa əmlak obyekti ilə fiziki, funksional yaxud iqtisadi əlaqəsinin olması nəticəsində meydana çıxa bilər. Xüsusi dəyər ümumiyyətlə bazar üçün deyil, əsasən müəyyən və ya potensial mülkiyyətçi yaxud istifadəçi üçün mövcud ola bilən əlavə dəyərdir. Yəni, xüsusi dəyər yalnız obyektdə güclü marağı olan alıcıya münasibətdə tətbiq edilə bilər.

Əmlakda iki və daha çox marağın birləşməsi nəticəsində meydana çıxan dəyər artımı, yəni qovuşma zamanı dəyər xüsusi dəyərə konkret nümunədir.  Xüsusi dəyər fəaliyyət göstərən müəssisənin dəyərinin elementlərinin və investisiya dəyərinin təsəvvürü yarada bilər. Qiymətləndirici istinad etdiyi bütün xüsusi ehtimallara aydınlıq gətirməklə, bu cür obyektlərin qiymətləndirilməsi üçün istifadə etdiyi meyarların bazar dəyərini hesablamaq üçün tətbiq etdiyi meyarlardan fərqləndiyinə zəmanət verməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir