Outsourcing – Dünyada geniş yayılmış xidmət sahələrindən biridir

Outsourcing – ingilis dilindən tərcümədə xarici mənbədən/resursdan istifadə deməkdir. Bu biznes proseslərini və/və ya bəzi biznes funksiyalarını üçüncü tərəf şirkətin (autsorser) rəhbərliyinə ötürmək məqsədilə xarici resursların cəlb edilməsidir. Burda məqsəd xərcləri azaltmaq, keyfiyyəti artırmaq və şirkətin rəqabət qabiliyyətini artırmaq üçün digər strateji məqsədlər ola bilər.

Müasir biznes mühitində autsorsinqə təbii bir hadisə kimi baxılır, çünki müəssisənin bu cür optimallaşdırılması müxtəlif funksiyaları üçüncü tərəf podratçılara həvalə etməklə əsas fəaliyyətlər üçün xərcləri azaltmağa kömək edir. Mühasibat uçotu, kadrların idarə edilməsi, marketinq və hətta istehsal proseslərinin bütün bloklarının autsorserə verilməsi şirkətlərin öz fəaliyyətlərini optimallaşdırmaq və yeni bazar şəraitinə uyğunlaşmaq imkanlarını artırmaq istəyi ilə bağlıdır.

Outsourcing
Outsourcing

Bu gün autsorserlərin ən çox tələb olunan xidmətləri mühasibatlıq xidmətləri, hüquqi xidmətlər, kadr təminatı, İT dəstəyi, biznes proseslərin qurulması və optimallaşdırılması, eləcə də bütün növ marketinq xidmətləridir.

Maliyyə də daxil olmaqla, autsorsinqin yaranması və inkişafının 8 əsas səbəbi vardır:

  • Əmək bölgüsü;
  • İxtisaslaşmanın dərinləşdirilməsi;
  • Şirkətlərarası əməkdaşlıq;
  • Proses yanaşmasının tətbiqi (maliyyə autsorsinqi üçün);
  • İqtisadiyyatın sürətlə artan qloballaşması;
  • İnformasiya texnologiyalarının sürətli inkişafı;
  • Artan rəqabət;
  • Prosesin optimallaşdırılması vasitəsilə əlavə rəqabət üstünlüklərinin axtarışı.

Maliyyə autsorsinq xidmətlərinin strukturu və modelləri

  • Daxili audit;
  • Xərclərin idarə edilməsi;
  • Debitor borclarının təhlili;
  • Hesab-faktura;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Vergi uçotu;
  • Vergi hesabatının hazırlanması;
  • Büdcələşdirmə;
  • Qiymətləndirmə, iqtisadi və maliyyə təhlili.

Siz də şirkətinizin profilinə aid olmayan funksiyaları başqa ixtisaslaşdırılmış şirkətə ötürməklə (outsourcing) xərclərinizi optimizasiya edin. “Vergi Mühasibat Consulting” MMC-nin mühasib və konsultantları yerli və xarici müəssisələr üçün vergi uçotu, mühasibat uçotu, kadr uçotu, audit sahələri üzrə kompleks konsultasiya xidməti təqdim edir:

Vergi və digər icbari ödənişlər

Vergi və digər icbari ödənişlər

"Vergi & Mühasibat Consulting" MMC Sizə vergi və digər icbari ödənişlərlə bağlı xidmətlər təklif edir: "Sıfır" arayışlarının verilməsi; Rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergi bəyənnamələri, Məcburi Dövlət Sosial Sığorta və İşsizlikdən sığorta hesabatları, Statistik hesabat, Məşğulluq İdarəsinə hesabat) təqdim edilməsi; Vergiqoyma, vergi planlaşdırılması ...
VMConsulting.az - Vergi & Mühasibat Consulting

Mühasibat xidmətləri

"Vergi & Mühasibat Consulting" MMC fiziki və hüquqi şəxslər üçün mühasibat xidmətləri təklif edir: Mühasibat uçotunun 1C 8.3 proqram təminatında qanunvericiliyə uyğun qurulması, aparılması və məsləhətlərin verilməsi; Beynəlxalq mühasibat uçotuna uyğun uçot siyasətinin hazırlanması; Müəssisədə mühasibat uçotunun MHBS-na transformasiyası; Ciddi uçot blanklarının rəsmiləşdirilməsi; Debitor və ...
VMConsulting.az - Vergi & Mühasibat Consulting

Kadr uçotu xidmətləri

"Vergi & Mühasibat Consulting" MMC Sizə kadr uçotu xidmətləri təklif edir: Kadr uçotunun Azərbaycan Respublikası qanunvericiliyə uyğun təşkili; Əmək müqaviləsinin əmək qanunvericiliyinə və müəssisənin fəaliyyətinə uyğun olaraq tərtib edilməsi; Əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasıya Sisteminə daxil edilməsi; Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması; ...
Agent xidmətləri

Agent xidmətləri

Vergi & Mühasibat Consulting MMC Sizə agent xidmətləri təklif edir: Yerli və xarici investisiyalı kommersiya hüquqi şəxslərin, nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması (Elektron və ya ASAN xidmət mərkəzlərində VÖEN alınması) Fiziki və Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası və ya dayandırılması, təsis sənədlərində dəyişikliklərin ...
Tədris xidməti

Tədris xidməti

"Vergi & Mühasibat Consulting" MMC şirkəti Sizə əməkdaşlarınız üçün tədris xidmətləri təklif edir: 1C 8.3 və LOGO Unity proqram təminatının tədrisi; Vergi qanunvericiliyinin tədrisi; MHBS (İFRS və DİPFR) üzrə təlimlər. Tədris xidməti 1C proqramı nədir? 1C Proqramı mühasibatlıq hesabat sistemidir. Proqram vasitəsilə müəssisələrin uçot prosesləri ...
Konsaltinq xidmətləri

Konsaltinq xidmətləri

Konsaltinq xidməti (eng. consulting – konsultasiya/məsləhət vermə) – öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. "VM Consulting" MMC olaraq məqsədimiz sizə vergi, mühasibat və HR sahəsində bütün növ konsaltinq xidmətlərinin göstərilməsidir. Konsaltinq xidmətləri Peşəkar mühasibat və konsaltinqi kimə və nə ...
Sosial Media Marketinq (SMM) xidmətləri

Marketinq xidmətləri

"Vergi & Mühasibat Consulting" MMC şirkəti Sizə aşağıdakı marketinq xidmətlərini təklif edir: Əmtəə nişanlarının qeydiyyata alınması; Loqo və brand book yaradılması; Domen adlarının qeydiyyatı; Domenin veb-hostinq xidmətinə qoşulması; Korporativ e-poçtların yaradılması və Outlook proqramına qoşulması; Korporativ saytların hazırlanması; Sosial media marketinq planının hazırlanması və yürüdülməsi ...
Hüquq xidmətləri

Hüquq xidmətləri

"Vergi & Mühasibat Consulting" MMC şirkəti Sizə aşağıdakı və bir çox başqa hüquq xidmətlərini təklif edir. Şirkətlərin yaradılması, şirkətlərin qeydiyyat məlumatlarında dəyişiklik edilməsi və ləğvi prosesinin təşkili; Vergi orqanlarının çıxardığı qərarların hüquqi ekspertizası; Vergi yoxlamalarının nəticələrinin qanunauyğunluğunun yoxlanılması; Müəssisənin əməliyyatlarının vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması; Müəssisədaxili ...
Audit xidmətləri

Audit xidmətləri

"VM Consulting" audit xidmətləri sahəsində uzmanlaşmış bir şirkət olaraq, fiziki və hüquqi şəxslərə öz xidmətlərini təklif edir. Əməkdaşlarımız, səmərəli və dəqiqliyə əsaslanan bir yanaşma ilə maliyyə və hesabat proseslərinizi dəyərləndirərək, sizin şirkətin maliyyə məlumatlarının doğruluğunu və şəffaflığını təmin edər. Bizim məqsədimiz, sizin iş proseslərinizi daha ...
Patent və sertifikatlar

Patent və sertifikatlar

Azərbaycanın lider konsultasiya şirkəti olaraq, "VM Consulting" MMC sizə yenilikçi və etibarlı patent və sertifikatlaşdırma xidmətlərini təqdim edir. Bizimlə işbirliyi qurmaqla məhsullarınızın və iş proseslərinizin qanunvericilik tələblərinə tam uyğunluğundan əmin olacaqsınız. Həmçinin, yeniliklərinizi qoruyaraq, rəqabət üstünlüyü əldə edəcəksiniz. Patent və sertifikatlar Patent Alma Xidmətləri Yeniliklərinizi ...

Böhran dövründə outsourcing şirkətlərinin xidmətlərinə tələbat artır. Böyük brendlər, sənaye və kiçik biznes əhəmiyyətli iqtisadi itkilərlə üzləşir. Ofis işçilərinin distant işə keçirilməsi, planlaşdırılmamış bayram günləri, istehsalat müəssisələrinin və pərakəndə satış obyektlərinin dayanması qarşıdakı aylar üçün dəqiq strategiya və taktiki tədbirlər planının hazırlanması zərurətinə səbəb olur.

Bəzi şöbələri yenidən təşkil etmək və onları autsorsinqə ötürmək təbii xərclərin optimallaşdırılması variantına çevrilir. Hətta şirkət daxilində işin təşkilinin ənənəvi modellərinə riayət edən top-menecerlər və HR-lər birdən başa düşdülər ki, əksər tapşırıqlar uzaqdan yerinə yetirilə bilər.

Kadrların autsorsinqi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tərtib edilmiş işçilərin saxlanması xərclərini optimallaşdırmağa, sosial müavinətlərə və vergi xərclərinə qənaət etməyə imkan verir.

Şirkətimizdən outsourcing xidmətini 4 yolla əldə edə bilərsiniz:

  1. Ofisimizdə görüşməklə (və ya sizin ofisinizdə/iş yerinizdə): Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25C
  2. E-mail vasitəsilə yazışmaqla: Bizə yazın – info [at] vmconsulting.az
  3. Mobil nömrələrdən birinə zəng etməklə: (051) 775-52-25(055) 775-52-25
  4. WhatsApp proqram təminatında yazışmaqla: (051) 775-52-25