“Vergi & Mühasibat Consulting” MMC şirkəti Sizə əməkdaşlarınız üçün tədris xidmətləri təklif edir:

  • 1C 8.3 və LOGO Unity proqram təminatının tədrisi;
  • Vergi qanunvericiliyinin tədrisi;
  • MHBS (İFRS və DİPFR) üzrə təlimlər.
Tədris xidməti
Tədris xidməti

1C proqramı nədir?

1C Proqramı mühasibatlıq hesabat sistemidir. Proqram vasitəsilə müəssisələrin uçot prosesləri avtomatlaşdırılır. Son dövrdə mühasiblər üçün önəmli tələblərdən biri 1C Mühasibat Proqramında uçotun aparılmasını bilməkdir.

1C 8.3 Proqramı təlimi

1C 8.3 Proqramı üzrə təlimimiz bu proqramda “Mühasibat Modulu”nun Azərbaycan dilində tam tədrisini əhatə edir. 1C 8.3 proqram təminatı ilə həm onlayn, həm də əyani formada həyata keçirilən bu dərslərimizdə mühasibatlıq əməliyyatları proqram üzərində praktiki şəkildə tədris olunur.

Təlim ərzində aşağıdakı əməliyyatları 1C 8.3 Proqramı üzərində yerinə yetirməyi öyrənəcəksiniz:

  • 1C 8.3 ilkin anlayışların izahı;
  • Kassa mədaxil və məxaric əməliyyatları;
  • Bank mədaxil və məxaric əməliyyatları;
  • Alış əməliyyatı və alınmış malın geri qaytarılması əməliyyatı;
  • Satış əməliyyatı və satılmış malın geri qaytarılması əməliyyatı;
  • İşçilər və Əmək haqqı üzrə əməliyyatlar;
  • ƏDV reqlament və Ayın bağlanması əməliyyatları;
  • 1C 8.3-də Hesabatlar.

Vergi Qanunvericiliyinin təlimi

Bu təlim Azərbaycan Respublikasının Vergi Qanunvericiliyi, Vergi Məcəlləsi və vergi uçotu zamanı istifadə edilən başqa qanunvericilik aktları və vergi məcəlləsinə uyğun təşkil edilmiş vergi uçotunun qaydalarını, vergi məcəlləsində olan dəyişiklikləri, vergi bəyannamələrinin hazırlanmasını və vergi qanunvericiliyinin mühasibat uçotunda düzgün əks etdirilməsini əhatə edir. Həmçinin təlim vergilərlə bağlı məsələlərin geniş və izahlı tədris edilməsi əsasında təşkil olunacaq.

Vergi Qanunvericiliyi təlimində kimlər iştirak edə bilər?

  • Peşəkar mühasib sertifikatı almaq istəyənlər;
  • Mühasib və ya mühasib köməkçiləri;
  • Bu sahədə təcrübə toplamaq istəyənlər, tələbələr ya da məzunlar;
  • Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər.

MHBS (İFRS və DİPFR) üzrə təlimlər

Bu təlim KOS üçün MHBS (Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları), İS üçün MUBS (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları) və MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) üzrə PMS imtahanının II Mərhələsi üçün Vergi Qanunvericiliyi hazırlığını əhatə edir.

Təlim prosesi DİM-in proqramı və indiyədək keçirilmiş PMS imtahanlarında istifadə olunan suallar əsasında yenidən təkmilləşdirilən tədris proqramımız əsasında həyata keçirilir.

“Vergi & Mühasibat Consulting” MMC şirkətindən tədris xidmətlərini 4 yolla əldə edə bilərsiniz:

  1. Ofisimizdə görüşməklə (və ya sizin ofisinizdə/iş yerinizdə): Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25C
  2. E-mail vasitəsilə yazışmaqla: Bizə yazın – info [at] vmconsulting.az
  3. Mobil nömrələrdən birinə zəng etməklə: (051) 775-52-25(055) 775-52-25
  4. WhatsApp proqram təminatında yazışmaqla: (051) 775-52-25