Rəhimli Əsmər, Mühasib

Rəhimli Əsmər 2018-2022 illərində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsində bakalavr dərəcəsini almış, ardından eyni universitetin MBA Mühasibat Uçotu proqramını 2024 ilində tamamlamışdır. Professional inkişafını davam etdirərək İnnab Tədris Mərkəzində “1C və Mühasibat Uçotunun Əsasları” kursunu və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinde “Hazır Mühasib 3” layihəsini uğurla bitirmişdir. Şirkətimizdə mühasib olaraq çalışan Əsmər xanım, maliyyə əməliyyatları, hesabatların hazırlanması və büdcə planlaması kimi kritik tapşırıqların öhdəsindən gəlir.