Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
Azərbaycanda gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur.
VM Consulting MMC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı bununla bağlı artıq göstəriş verildiyini açıqlayıb:
“Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq”.
Prezident bu istiqamətdə həyata keçirilən siyasətin əhalinin rifahının yüksəldilməsinə xidmət etdiyini vurğulayıb:
“Biz bu siyasəti müntəzəm aparırıq ki, Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşsın”.
İlham Əliyev sosial rifahın yaxşılaşdırılması üçün iqtisadi inkişafın vacibliyini də qeyd edib və Azərbaycanın ümumi iqtisadi potensialının kifayət qədər güclü olduğunu bildirib.
Mənbə: Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi.
