Marketinq xidmətləri

“Vergi & Mühasibat Consulting” MMC şirkəti Sizə aşağıdakı marketinq xidmətlərini təklif edir:

  • Əmtəə nişanlarının qeydiyyata alınması;
  • Loqo və brand book yaradılması;
  • Domen adlarının qeydiyyatı;
  • Domenin veb-hostinq xidmətinə qoşulması;
  • Korporativ e-poçtların yaradılması və Outlook proqramına qoşulması;
  • Korporativ saytların hazırlanması;
  • Sosial media marketinq planının hazırlanması və yürüdülməsi.
Sosial Media Marketinq (SMM) xidmətləri
Marketinq xidmətləri

Əmtəə nişanlarının qeydiyyata alınması

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). Nəzərinizə çatdırırıq ki, əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və göstərilənlərin hər hansı uzlaşması.

Əmtəə nişanlarının qeydiyyata alınması niyə vacibdir?

  1. Əmtəə nişanının qeydiyyatı sizi qanun pozuntularından və haqsız rəqabətdən qoruyur. Bundan başqa, nişan üçüncü tərəfin qanunsuz istifadəsi və ya məhkəmə çəkişmələrində ortaya çıxan mübahisələr zamanı sizin mövqeyinizin qorunması baxımından faydalıdır;
  2. Qeydiyyata alınmış əmtəə nişanı sahibinə müstəsna hüquq verir: yəni yalnız əmtəə nişanının sahibinin nişan üzərində müstəsna hüququ var və başqalarının da bu nişandan qanunsuz istifadə etməsinə qadağa qoya bilər;
  3. Qeydiyyata alınmış əmtəə nişanı sahibinə bir istehsalçının eyni cinsdən olan əmtəə və xidmətlərinin başqa istehsalçının əmtəə və xidmətlərindən fəqrləndirməsinə yardımçı olur. Burada əmtəənin forması, dizaynı başlıca cəhət sayılır;
  4. Əmtəə nişanının tanınması, məşhurluğu sahibinə bazarda daha çox gəlir əldə etməsinə kömək edir. Nişan sahibi müəyyən haqq müqabilində lisenziya müqaviləsi ilə müxtəlif şəxslərə nişandan istifadəyə icazə verə bilər;
  5. Qeydiyyatdan keçmiş əmtəə nişanı məhsulun yüksək keyfiyyətinə zəmanət vermiş olur və bu da istehlakçıların məhsula olan inamını artırmaqla yanaşı onu saxta məhsuldan ayırmağa da yardımçı olur.

Düşünürük ki, əmtəə nişanlarının qeydiyyata alınması ilk növbədə qanun pozuntularının qarşısının alınması istiqamətində önəmli faktordur. Siz əmtəə nişanını qeydiyyata almaqla onu müdafiə etmək hüququnun sizə məxsus olduğunu sübut edirsiniz. Beləliklə, başqalarının sizin əmtəə nişanından istifadə etmə hallarının qarşısını almış olursunuz.

Loqo və brand book yaradılması

Marka üslubu qaydaları bir markanın ruhunu və ürəyini – onun missiyası, vizyonu və dəyərlərini təmsil edir. Ən sonda bunlar bir-birinə şəkildə dizaynda əksini tapır. Eyni zamanda bu qaydalar əsasında ortaya çıxan stil markanızın əsas ünsiyyət vasitəsinə çevrilir. Biz bu üslubu və qaydaları tərtib etməkdə sizin yardımçınız olar, markanınızın “brand book”unu yaradarıq.

Domen adlarının qeydiyyatı

Biz yeni domen adının qeydiyyata alınması, qeydiyyatının ləğv edilməsi və ya qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılması, həmçinin domen adına texniki xidmətin göstərilməsi və ya texniki xidmətin dayandırılması ilə bağlı xidmətlər təklif edirik.

Onu da bildirək ki, “.az” uzantılı domenlər Azərbaycan Respublikasına mənsub olmaqla, qlobal internet şəbəkəsində Azərbaycan Respublikasına məxsus milli seqmenti göstərən yüksək səviyyəli ölkə kodudur. Buna görə də Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən və fəaliyyəti birbaşa ölkə bazarına istiqamətlənən bizneslər üçün “.az” domeni qeydiyyatdan keçirilməsini məsləhət görürük.

İstənilən hüquqi və ya fiziki şəxs istənilən sayda domen adına sahib ola bilər. Domen adlarında yalnız ingilis əlifbasının hərfləri (Azərbaycan Respublikasının dövlət dilində domen adlarının qeydiyyatı tətbiq edildiyi halda isə, həmçinin Azərbaycan), ərəb rəqəmləri (0-9) və defis (-) işarəsi ola bilər.

Biz ICANN-in səlahiyyətli qeydiyyatçısının vasitəsilə sizə istənilən domen adlarının qeydiyyatı xidmətlərini təklif edə bilərik. Siz həm universal, həm də ölkə kodu olan geniş çeşidli domen uzantıları arasından seçim edə biləcəksiniz. Biz sizin WHOIS məlumatlarınızı dəyişə, xüsusi DNS resurs qeydlərini təyin edə, sınırsız sayda domen adlarını park edə və domen qeydiyyatı ilə bağlı daha çox xidmətlər təklif edə bilərik.

Domenlərin veb-hostinq xidmətinə qoşulması

VM Consulting domenlərin idarəolunması və veb-hostinq xidmətinə qoşulması üçün lazım olan bütün köməklikləri göstərir. Beləki, domenlərin işləməsi üçün doğru-düzgün hostinq seçimi çox önəmlidir ki, siz həm gərək olduğundan daha yüksək məbləğ ödəməyəsiz, həm də lazım olan bütün funksiyalardan limitsiz olaraq yararlanmış olasız.

Veb-hostinq xidmətləri təklif edən şirkət və paket seçimində ən önəmli olan xüsusiyyətlər nədir?

Veb-hostinqin xidmət keyfiyyəti – Əlbəttə ki, bir xidmət sahəsi olaraq veb-hostinq şirkətlərinin də müştəri məmnuniyyəti siyasəti və təklif olunun xidmətlərin sayı, keyfiyyəti çox önəmlidir. Buna görə də hostinq şirkəti seçərkən illərin sınağından keçmiş birinə üz tutmağınız vacibdir. Bundan başqa, provayderinizin təklif etdiyi həllər ən son veriya və yüksək keyfiyyətə cavab verməldiir, çünki sizin saytınızın və elektron poçtlarınızın fasiləsiz işləməsi birbaşa hostinq xidmətindən asılıdır.

Yaddaş diskinin həcmi – Bu göstərici qiymət amilinə təsir edən başlıca özəlliklərdən biridir. Beləki, nə qədər böyük yaddaş diski alsanız, o qədər yüksək məbləğ ödəməlisiniz. Biz yeni başlayan və hələlik günlük 10,000-dən az ziyarətçisi olan saytlar üçün limitsiz shared hosting paketlərindən birini seçməyi məsləhət görürük. Ən kiçik planla belə, siz xidmətdən 1 ay tam pulsuz yararlana və yoxlaya bilər, limitsiz subdomen sayı, limitsiz park edilmiş domenlər, 100 e-poçt qutusu, sadəcə e-poçtlar üçün ayrıca 40 GB disk həcmi, 1 tıkla məşhur proqramların (WordPress, Joomla, OpenCart, PrestaShop, Drupal və b.) quraşdırılması, webmail xidməti və s. də əldə edəcəksiniz.

Asan idarəetmə paneli – Hostinq provayderin idaretmə paneli bütün funksiyalardan asanlıqla istifadə imkanı verməlidir. Misal üçün, Hostinq1 şirkətinin idarəetmə panelini ingilis dilindən rus və ya türk dilinə çevirə bilərsiniz. Bütün lazım olan bölmələr isə ardıcıllıqla sıralanmışdır: domenlər, e-poçtlar, fayllar, verilənlər bazaları, quraşdırmalar, alətlər, statistika və əlavə üstün funksiyalar. Başqa nə lazım ola bilər ki? Paket haqqında bütün məlumatlar sol sütundadır və profil məlumatları bölməsində istədiyiniz dəyişiklikləri edə bilərsiniz.

Korporativ e-poçtların yaradılması və Outlook proqramına qoşulması

Şirkət yazışmalarında korporativ e-poçt ünvanlarında istifadə olunması çox ödəmlidir. Biz elektron poçt ünvanlarının yaradılması və Outlook proqramına qoşulmasında yardımçınız olarıq. Bunun üçün yaranmış bütün çətinlikləri aradan qaldırmağa hazırıq. Hətta AnyDesk kimi proqram təminatlarının köməyi ilə sizin ofisə gəlmədən, ya da siz notbukları bizim ofisə gətirmədən hər hansı problemi həll edə bilərik.

Korporativ saytların və sosial media marketinq (SMM) planın hazırlanması

Bu gün heç bir biznes öz fəaliyyətini reklamsız daha yüksəklərə qaldıra bilməz. Məshul və xidmətlərinizi daha böyük kütləyə çatdırmaq üçün mütləq reklam kampaniyaları qurmalısınız. Bundan öncə isə şirkətinizin bir korporativ saytı və sosial media platformalarında profilləri olmaldıır.

VM Consulting sizə istənilən ağırlıqlı saytların yaradılmasında köməklik göstərə bilər. Bundan başqa, markanız üçün sosial media marketinq (SMM) planı hazırlayar, gələcək marketinq işlərinizi daha da asanlaşdırarıq.

“Vergi & Mühasibat Consulting” MMC şirkətindən marketinq xidmətlərini 5 yolla əldə edə bilərsiniz:

  1. Ofisimizdə görüşməklə (və ya sizin ofisinizdə/iş yerinizdə): Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25C
  2. E-mail vasitəsilə yazışmaqla: Bizə yazın – info [at] vmconsulting.az
  3. Mobil nömrələrdən birinə zəng etməklə: (051) 775-52-25(055) 775-52-25
  4. WhatsApp proqram təminatında yazışmaqla: (051) 775-52-25