Sual-Cavab

Ən Çox Verilən Suallar

Bizə ən çox verilən sualları və həmin suallara cavabları bu Sual-Cavab səhifəsində toplamağa çalışdıq.


Azərbaycan qanunvericiliyinə uyğun olaraq MMC qurmaq üçün onun nizamnamə kapitalı minimum nə qədər olmalıdır?

Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət MMC sayılır. Qanunvericilikdə MMC-nin təsisçilərinin sayı və onun nizamnamə kapitalı ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.

Azərbaycanda MMC açmaq üçün hansı sənədlər lazımdır və harda qeydiyyatdan keçmək lazımdır?

Azərbaycanda MMC tipli təşkilati-hüquqi forma açılması proseduru çox sadədir və 15-20 dəqiqəyə İnternet Vergi İdarəsində (https://login.e-taxes.gov.az/login/) qeydiyyatdan keçə bilərsiniz. Bunun üçün yanınızda Azərbaycan Respublikası vətəndaşının “Şəxsiyyət vəsiqəsi” və öz adınıza olan istənilən mobil operator nömrəniz olmalıdır.

Yeni MMC açarkən qeydiyyat xərcləri nə qədərdir?

Yeni MMC qeydiyyatını elektron, yəni onlayn qaydada etdikdə tələb olunan dövlət rüsumu tətbiq edilmir (adi qaydada qeydiyyat üçün rüsum 15 AZN təşkil edir) və sizə nizamnamə kapitalının ödənilməsi üçün 3 ay möhlət verilir.


Axtardığınız suala cavab tapa bilmədiz? Elədirsə, “VM Consulting” MMC ilə əlaqə yaradın və suallarınızı bizə yazın. Ən qısa zamanda sizə cavab veriləcək.

Sosial Mediada Suallarınızı Cavablayırıq

Azərbaycanda ƏDV dərəcəsi neçə faizdir? Cavab: 18%

Auditorun əsas vəzifəsi nədir? Cavab: Səhvləri vaxtında aşkar edib düzəltmək.

Dünyada ən çox vergi ödəyən şirkət hansıdır? Cavab: Apple

Excel-də ən çox istifadə olunan formula hansıdır? Cavab: =SUM(A1-A5) formulası A1-dən A-ə qədər bütün damaları toplayır.

Mühasibin ən yaxşı dostu kimdir? Cavab: Kalkulyator

Sadələşmiş vergi kimə aiddir? Cavab: Mikro və kiçik sahibkarlara.

Vergi borcunu necə yoxlamaq olar? Cavab: Vergilər Nazirliyinin rəsmi portalından.

Azərbaycan Bayrağını yalnız dövlət asa bilər? Cavab: Dövlət bayrağı fərdi, korporativ və ictimai istifadə oluna bilər.