Vakansiya

Biz, “VM Consulting” MMC, öz fəaliyyət sahəmizdə uğur əldə etmək və partnyorlarımıza üstün xidmət təklif etmək üçün şirkətimizin dəyərlərini və korporativ mədəniyyətini əsas götürürük. Bizim üçün ən əsas olan prinsiplər aşağıdakılardır:

Korporativ Gizlilik – Şirkətimiz, müştəri məmnuniyyətinin əsasında olduğu kimi, korporativ gizliliyə də böyük önəm verir. Biz müştərilərimizin və əməkdaşlarımızın məlumatlarını hörmətlə qoruyuruq və onların etibarını qazanmaq üçün ən yüksək standartlarda tədbirlər göstəririk.

Əməkdaşlarımıza Verdiyimiz Dəyər – Əməkdaşlarımız bizim ən böyük əmanətımızdır. Onlara biliklərini artırmaq, texniki bacarıqlarını inkişaf etdirmə, yaradıcı fikirlərini paylaşmaq və korporativ mədəniyyətimizi gücləndirmə üçün imkanlar yaratmağa fokuslanırıq.

İnovasiya və Texnologiya – Sənaye standartlarına cavab verən inovativ həllər tətbiq etmək və ən yeni texnologiyalardan mümkün qədər yaxşı istifadə etmək üçün fəaliyyət göstəririk. Biz müştəri tələblərini qarşılamağa və müştəri təcrübəsini artırmağa nail olmaq üçün texnologiyalardan güclü şəkildə istifadə edirik.

Ətraflıq və İnteqrasiya – Əməkdaşlarımız arasında əlaqələri genişləndirməl, gücləndirmək və korporativ mühitimizi qurmaq üçün dürüst və inteqrativ bir mədəniyyət yaratmağa çalışırıq.

“VM Consulting” MMC hər zaman bu dəyərlər və korporativ prinsiplər əsasında işləyir və yeni əməkdaşlarımızı bu mədəniyyətə sahib olmağa dəvət edirik. Əgər siz də bizimlə birlikdə inkişaf etmək istəyirsinizsə, hal-hazırda olan vakansiyalarımızla bağlı bizə müraciət edin. Bunun üçün öz CV-nizi hr [at] vmconsulting.az poçt ünvanına göndərin. Zəhmət olmasa, CV göndərərkən elektron məktubun başlığında iddia etdiyiniz vakansiyanın adını yazın.

Vakansiyalar

Mühasib-operator

(Tam ştat)

Əmək haqqı: 500 AZN
Ünvan: Nərimanov r. Əhməd Rəcəbli küçəsi, 25C
İş saatı: 09:00-18:00
İş günləri: Bazar ertəsi-Cümə
İstirahət günü: Şənbə və Bazar
Çalışacağı müştərilər: mikro və kiçik sahibkarlar
Görüləcək işlər:

  • Elektron qaimələrin göndəriləməsi;
  • Bank və depozit ödənişlərinin edilməsi;
  • EMAS sistemində sərbəst işləyə bilmək;
  • Onlayn kargüzarlıq və e-bəyənnamə bölməsində sərbəst işləyə bilmək;
  • Mühasibat və kadr sənədləşmələrinin aparılması;
  • 1C 8.3 proqramında orta səviyyəsində çalışa bilmək;
  • Vergi, DSMF və statistika hesabatlarının sərbəst təqdim edə bilmək;
  • Əmək haqqının hesablanması, ödənilməsi və əmək haqqına aid sair işlər.

Mühasib-operator

(Təcrübəçi)

Ünvan: Nərimanov r. Əhməd Rəcəbli küçəsi, 25C
İş saatı: 10:00-17:00
İş günləri: Bazar ertəsi-Cümə
İstirahət günü: Şənbə və Bazar
Çalışacağı müştərilər: mikro və kiçik sahibkarlar
Öyrədiləcək işlər: