Kassa aparatı ilə bağlı cərimələr
Kassa aparatı ilə bağlı cərimələr

Hansı hallarda kassa aparatı ilə bağlı cərimələr ola bilər və cərimələrin məbləği nə qədərdir?

Kassa aparatı ilə bağlı aşağıdakı hallarda cərimələr tətbiq oluna bilər:

  1. Kassa aparatında istifadə etmədən satış həyata keçirməyə;
  2. Yeni nəsil kassa aparatı istifadə etmədən satış həyata keçirməyə;
  3. Yeni nəsil kassa aparatında satışla bağlı müvafiq məlumatlar qeyd edilmədən satış həyata keçirməyə;
  4. Kassa çekində satışdan fərqli məbləğ əks olunmaqla müştəriyə təqdim edilmə;
  5. Kassa aparatını çalışdırmamaq və ya müştərinin tələbi əsasında ona çek verməkdən imtina etmək;
  6. Kassa aparatı çalışmadığı dövrdə jurnalda satış əməliyyatlarını qeyd etməməyə görə.

Kassa aparatı ilə bağlı cərimələrin məbləği:

  • təqvim ili ərzində ilk dəfə olduqda – 1000 manat.
  • təqvim ili ərzində ikinci dəfə olduqda – 3000 manat.
  • təqvim ili ərzində üç və ya daha çox olduqda – 6000 manat cərimə edilirlər.
Vergi öhdəliyinə xitam verilməsi
Hansı hallarda vergi öhdəliyinə xitam verilir

Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:

  • Verginin ödənilməsi;
  • Verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə;
  • Vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;
  • Bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə.
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda.
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası

1918-1920-ci illərdə 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti əsas Qanununu qəbul edə bilməmişdi. 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilmişdir.

Bu Azərbaycan tarixində dördüncü, ölkə müstəqilliyini bərpa etdikdən sonra ilk Konstitusiyasıdır. Sovet işğalı dövründə Azərbaycan SSR-nin birinci Konstitusiyası 1921-ci il mayın 19-da, 1925-ci il martın 14-də 2-ci, 1978-ci il aprelin 21-də sonuncu – 3cü Konstitusiyası qəbul edilmişdi.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.

Azərbaycan Respublikasının Konstitusiyasını aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz: https://vmconsulting.az/docs/azerbaycan_respublikasinin_konstitusiyasi.pdf

Sərnişin və yük daşımaları
Sərnişin və yük daşımaları üçün yeni qaydalar

1 oktyabr 2023-cü il tarixindən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq icazələr əsasında fəaliyyət göstərəcəklər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, icazələr Agentlik tərəfindən verilir və qüvvədə olma müddəti 7 ildir.

Endirin: Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalar

Mühasibat Uçotu Haqqında Qanun
Mühasibat Uçotu Haqqında Qanun

Mühasibat Uçotu Haqqında Qanunu aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz:

www.vmconsulting.az/docs/Muhasibat-ucotu-haqqinda-qanun-716-IIQ.doc

Prezidenti İlham Əliyev
Prezident minimum aylıq əməkhaqqı və əmək pensiyasının minimum məbləğini artırdı

Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilir və əmək pensiyasının minimum məbləği artırılaraq 280 manata çatdırılır.

Vergi məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Vergi məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1074-VQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.

Vergi məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda

Azərbaycan Respublikasının Nazirlər Kabineti
Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.
  5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.
  6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri Novruz MƏMMƏDOV

Bakı şəhəri, 21 dekabr 2018-ci il

№ 556

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilətəsdiq edilmişdir.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyalarıİşçilərinin orta siyahı sayı (nəfər)İllik gəliri (ig) (min manat)
Mikro sahibkar1 – 10ig ≤ 200
Kiçik sahibkar11 – 50200 < ig ≤ 3 000
Orta sahibkar51 – 2503 000 < ig ≤ 30 000
İri sahibkar251 və ondan yuxarı30 000 < ig

Qeydlər:

  1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
  2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
  3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
  4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
POS-terminallar
POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulu

POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtinaya görə nəzərdə tutulan maliyyə sanksiyaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na əsasən, ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı müəyyən edilmişdir:

  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
  • dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
  • rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri);
  • hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri;
  • vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respubikasının Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Vergi Məcəlləsi
Azərbaycan Respublikasının Vergi Məcəlləsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsini aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz:

www.vmconsulting.az/docs/azerbaycan-respublikasinin-vergi-mecellesi.doc