Outsourcing – ingilis dilindən tərcümədə xarici mənbədən/resursdan istifadə deməkdir. Bu biznes proseslərini və/və ya bəzi biznes funksiyalarını üçüncü tərəf şirkətin (autsorser) rəhbərliyinə ötürmək məqsədilə xarici resursların cəlb edilməsidir. Burda məqsəd xərcləri azaltmaq, keyfiyyəti artırmaq və şirkətin rəqabət qabiliyyətini artırmaq üçün digər strateji məqsədlər ola bilər.
Müasir biznes mühitində autsorsinqə təbii bir hadisə kimi baxılır, çünki müəssisənin bu cür optimallaşdırılması müxtəlif funksiyaları üçüncü tərəf podratçılara həvalə etməklə əsas fəaliyyətlər üçün xərcləri azaltmağa kömək edir. Mühasibat uçotu, kadrların idarə edilməsi, marketinq və hətta istehsal proseslərinin bütün bloklarının autsorserə verilməsi şirkətlərin öz fəaliyyətlərini optimallaşdırmaq və yeni bazar şəraitinə uyğunlaşmaq imkanlarını artırmaq istəyi ilə bağlıdır.

Bu gün autsorserlərin ən çox tələb olunan xidmətləri mühasibatlıq xidmətləri, hüquqi xidmətlər, kadr təminatı, İT dəstəyi, biznes proseslərin qurulması və optimallaşdırılması, eləcə də bütün növ marketinq xidmətləridir.
Maliyyə də daxil olmaqla, autsorsinqin yaranması və inkişafının 8 əsas səbəbi vardır:
- Əmək bölgüsü;
- İxtisaslaşmanın dərinləşdirilməsi;
- Şirkətlərarası əməkdaşlıq;
- Proses yanaşmasının tətbiqi (maliyyə autsorsinqi üçün);
- İqtisadiyyatın sürətlə artan qloballaşması;
- İnformasiya texnologiyalarının sürətli inkişafı;
- Artan rəqabət;
- Prosesin optimallaşdırılması vasitəsilə əlavə rəqabət üstünlüklərinin axtarışı.
Maliyyə autsorsinq xidmətlərinin strukturu və modelləri
- Daxili audit;
- Xərclərin idarə edilməsi;
- Debitor borclarının təhlili;
- Hesab-faktura;
- Maliyyə hesabatlarının hazırlanması;
- Vergi uçotu;
- Vergi hesabatının hazırlanması;
- Büdcələşdirmə;
- Qiymətləndirmə, iqtisadi və maliyyə təhlili.
Siz də şirkətinizin profilinə aid olmayan funksiyaları başqa ixtisaslaşdırılmış şirkətə ötürməklə (outsourcing) xərclərinizi optimizasiya edin. “Vergi Mühasibat Consulting” MMC-nin mühasib və konsultantları yerli və xarici müəssisələr üçün vergi uçotu, mühasibat uçotu, kadr uçotu, audit sahələri üzrə kompleks konsultasiya xidməti təqdim edir:

Vergi və digər icbari ödənişlər

Mühasibat xidmətləri

Kadr uçotu xidmətləri

Agent xidmətləri

Tədris xidməti

Konsaltinq xidmətləri

Marketinq xidmətləri

Hüquq xidmətləri

Audit xidmətləri
Böhran dövründə outsourcing şirkətlərinin xidmətlərinə tələbat artır. Böyük brendlər, sənaye və kiçik biznes əhəmiyyətli iqtisadi itkilərlə üzləşir. Ofis işçilərinin distant işə keçirilməsi, planlaşdırılmamış bayram günləri, istehsalat müəssisələrinin və pərakəndə satış obyektlərinin dayanması qarşıdakı aylar üçün dəqiq strategiya və taktiki tədbirlər planının hazırlanması zərurətinə səbəb olur.
Bəzi şöbələri yenidən təşkil etmək və onları autsorsinqə ötürmək təbii xərclərin optimallaşdırılması variantına çevrilir. Hətta şirkət daxilində işin təşkilinin ənənəvi modellərinə riayət edən top-menecerlər və HR-lər birdən başa düşdülər ki, əksər tapşırıqlar uzaqdan yerinə yetirilə bilər.
Kadrların autsorsinqi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tərtib edilmiş işçilərin saxlanması xərclərini optimallaşdırmağa, sosial müavinətlərə və vergi xərclərinə qənaət etməyə imkan verir.
Şirkətimizdən outsourcing xidmətini 4 yolla əldə edə bilərsiniz:
- Ofisimizdə görüşməklə (və ya sizin ofisinizdə/iş yerinizdə): Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25C
- E-mail vasitəsilə yazışmaqla: Bizə yazın – info [at] vmconsulting.az
- Mobil nömrələrdən birinə zəng etməklə: (051) 775-52-25; (055) 775-52-25
- WhatsApp proqram təminatında yazışmaqla: (051) 775-52-25