Konsaltinq xidməti (eng. consulting – konsultasiya/məsləhət vermə) – öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. “VM Consulting” MMC olaraq məqsədimiz sizə vergi, mühasibat və HR sahəsində bütün növ konsaltinq xidmətlərinin göstərilməsidir.
Peşəkar mühasibat və konsaltinqi kimə və nə vaxt lazımdır?
Biznes fəaliyyətində bəzən tam ştatlı bir mühasibin vergi, mühasibat və kadr uçotu problemlərini həll etmək üçün səriştəsi kifayət etmədikdə sahibkar və ya müəssisələr konsaltinq xidmətindən istifadə edirlər/etməlidilər.
Mühasibat və vergi uçotu hazırlıqsız mütəxəssis üçün asan başa düşülməyən fəaliyyət sahələridir. Bəzən hətta təcrübəli mühasiblər də çətin tapşırıqlarla üzləşirlər. Bu sahələr üzrə qanunvericik normalarının tez-tez dəyişilməsi isə çətin olan bu sahəni lap qarışıq vəziyyətə gətirib çıxarır. Bu səbəbdən hər biznes sahəsinin gərək öz professional mühasibi və ya mühasibatlıq şöbəsi olsun. Bu isə həmin şəxslərin rəhbərlərin üzləşdiyi çətinliklərə hər zaman cavab verməyi demək deyildir.
Belə hallarda mühasibat məsləhətləri verən şirkətlər köməyə gəlir. Məsləhətçilər problemlərin daimi və ya müvəqqəti həllində köməklik edir, çətinliklərin öhdəsindən gəlməyə və hərəkətlərinizin düzgünlüyünə nəzarət etməyə kömək edəcəklər. Müvafiq olaraq, bu cür xidmətlər tam mühasibat dəstəyindən daha ucuzdur.
Konsaltinq xidməti nə zaman lazım olur?
1. Ştatda mühasib vəzifəsi yoxdur və ya mühasib işə qəbul olunmayıb.
Kiçik və orta biznesdə fəaliyyət göstərən şirkətlər üçün daimi işçi çox vaxt sərfəli olmur. Onun üçün bir iş yeri ayırmalı, mütəmadi olaraq ona maaş, bonuslar verilməli, xəstəlik məzuniyyəti və sair məzuniyyətlər verilməlidir.
Kiçik dövriyyələri olan şirkətlərin menecerləri büdcəyə qənaət etmək üçün çox vaxt mühasibat uçotu və hesabatları təkbaşına aparmağa üstünlük verirlər. Ancaq bu, onların əsas ixtisası olmadığından, bir çox məsələlərin həlli çətinlik çəkə bilərlər və bu durumda səhvlər qaçılmazdır. Mühasibat auditi xidmətləri və məsləhətlər sizə problemlərdən qaçmağa kömək edəcək.
2. Tam ştatlı mühasib var, lakin rəhbərlik onun səlahiyyətinə şübhə edir.
Mühasibat və vergi qanunvericiliyi dünyasındakı son dəyişiklikləri davamlı olaraq izləyəcək səriştəli mütəxəssis tapmaq o qədər də asan deyil. Bu, heç də o demək deyil ki, belə şübhələr yarandıqda, cari mühasib işdən azad edilməlidir. Yeni işçinin axtarışı çox vaxt aparacaq və nəticəyə əvvəlcədən zəmanət vermək olmaz. Ola bilər ki, tam ştatlı mütəxəssisin perspektivi var, ancaq bəzən onun işinə nəzarət etmək lazımdır. Bunun üçün mühasibat məsləhətlərinə ehtiyac duyulur.
3. Şirkət fərqli bir əməliyyatlar icra edir və mühasib bu işin rəsmiləşdirilməsində çətinlik çəkir.
Bu zaman konsaltinq şirkəti ortaya çıxır və professional kadrlar sizə lazımi məsləhətləri verir. Siz asan çıxış yollarını tapır və problemlərdən xilas olursuz.
4. Vergi və ya digər yoxlama gözlənilir.
Əgər dövlət orqanları tərəfindən şirkətin fəaliyyətinin yoxlanılması gözlənilirsə, bununla əlaqədar şirkət rəhbərliyi hər şeyin mühasibat sənədləri ilə uyğun olduğundan əmin olmaq istəyir. Bu zaman təcrübəli mütəxəsislərin yerində və zamanında verdiyi məsləhətlərlə yaranabiləcək problemlərin qarşısını öncədən alırsınız.
5. Sezona görə iş həcminin artması ilə əlaqədar mühasib və ya baş mühasib işin öhdəsindən gələ bilmir.
Sezona görə iş həcminin artması ilə əlaqədar mühasib və ya baş mühasib işin öhdəsindən gələ bilmir. Bu zaman konsaltinq şirkətinin əməkdaşları sizə bu işdə köməklik göstəririlər.
6. Yeni mühasib işə götürülüb.
Bu zaman əvvəlki işçinin işini qeyri-qənaətbəxş yerinə yetirdiyi ortaya çıxa bilər. Belə vəziyyətdə, mühasibat uçotunu tamamilə bərpa etmək tələb olunur və təcrübəli mütəxəssislərin xidmətləri olmadan edə bilməzsiniz.
Lakin mühasibat uçotu və vergi uçotu üzrə məsləhətləşmələr təkcə yuxarıda təsvir olunan hallarda lazım ola bilməz. Xidmət hesabatın düzgünlüyünə əmin olmaq istəyən hər bir menecer üçün faydalıdır. Mühasibat uçotu üzrə konsaltinq üzrə ixtisaslaşmış şirkətlərin bu sahədə böyük təcrübəsi var və vergi qanunvericiliyinin hüquqi incəliklərini yaxşı bilirlər. Daha səmərəli mühasibat uçotuna nail olmaq və vergi ödənişlərini qanuni olaraq azaltmaq istəyən hər kəs üçün onların xidmətlərinə müraciət etmək məntiqlidir.
“Vergi & Mühasibat Consulting” MMC şirkətindən konsaltinq xidmətlərini 4 yolla əldə edə bilərsiniz:
- Ofisimizdə görüşməklə (və ya sizin ofisinizdə/iş yerinizdə): Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25C
- E-mail vasitəsilə yazışmaqla: Bizə yazın – info [at] vmconsulting.az
- Mobil nömrələrdən birinə zəng etməklə: (051) 775-52-25; (055) 775-52-25
- WhatsApp proqram təminatında yazışmaqla: (051) 775-52-25