Azərbaycanda sahibkarların fəaliyyəti 2024-cü ildə də yoxlanılmayacaq
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Bununla bağlı President.az saytında məlumat yerləşdirilib. Məlumata görə, Prezident İlham Əliyev uyğun qanunu imzalayıb.
Dəyişikliyə uyğun olaraq, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılır. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
Onu da bildirək ki, öncəki qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitirdi.