Məhdud Məsuliyyətli Cəmiyyət (MMC)
Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) — Bir və ya bir neçə şəxslər (fiziki şəxs, ya da hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət, qısa olaraq MMC sayılır.
Əsas üstünlüklərindən biri odur ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları (məsələn direktor) müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.
Digər formada izah etsək, ticarət işi ilə məşğul olan, xidmət göstərən, məhsul istehsal edən istənilən kommersiya təşkilatı MMC adlanır. MMC-nin fəaliyyəti zamanı əldə edilən qazanc onun təsisçiləri arasında nizamnamə kapitalındakı paya mütənasib olaraq bölünür. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir.
İqtisadi terminlər lüğətinə qayıt