Archives Avqust 2023

Riskli Vergi Ödəyiciləri
Müştəri və təchizatçıların riskli vergi ödəyicisi olub-olmadığını yoxlayın

Əziz sahibkarlar, hər ay, rüb və illik müştərilərinizin və təchizatçılarınızın riskli vergi ödəyicisi olub-olmadığını yoxlayın ki, gələcəkdə baş verə biləcək problemlərlə üzləşməyəsiz. “VM Consulting” MMC komandası bu işdə hər zaman sizin yanınızda olmağa hazırdır.

Müştərilərinizin və təchizatçılarınızın riskli vergi ödəyicisi olub-olmadığını bu saytdan yoxlayın: https://www.e-taxes.gov.az/ebyn/risk.html

Sərnişin və yük daşımaları
Sərnişin və yük daşımaları üçün yeni qaydalar

1 oktyabr 2023-cü il tarixindən avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvafiq icazələr əsasında fəaliyyət göstərəcəklər.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, icazələr Agentlik tərəfindən verilir və qüvvədə olma müddəti 7 ildir.

Endirin: Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalar