Archives Noyabr 2023

Kassa aparatı ilə bağlı cərimələr
Kassa aparatı ilə bağlı cərimələr

Hansı hallarda kassa aparatı ilə bağlı cərimələr ola bilər və cərimələrin məbləği nə qədərdir?

Kassa aparatı ilə bağlı aşağıdakı hallarda cərimələr tətbiq oluna bilər:

  1. Kassa aparatında istifadə etmədən satış həyata keçirməyə;
  2. Yeni nəsil kassa aparatı istifadə etmədən satış həyata keçirməyə;
  3. Yeni nəsil kassa aparatında satışla bağlı müvafiq məlumatlar qeyd edilmədən satış həyata keçirməyə;
  4. Kassa çekində satışdan fərqli məbləğ əks olunmaqla müştəriyə təqdim edilmə;
  5. Kassa aparatını çalışdırmamaq və ya müştərinin tələbi əsasında ona çek verməkdən imtina etmək;
  6. Kassa aparatı çalışmadığı dövrdə jurnalda satış əməliyyatlarını qeyd etməməyə görə.

Kassa aparatı ilə bağlı cərimələrin məbləği:

  • təqvim ili ərzində ilk dəfə olduqda – 1000 manat.
  • təqvim ili ərzində ikinci dəfə olduqda – 3000 manat.
  • təqvim ili ərzində üç və ya daha çox olduqda – 6000 manat cərimə edilirlər.
Vergi öhdəliyinə xitam verilməsi
Hansı hallarda vergi öhdəliyinə xitam verilir

Vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur:

  • Verginin ödənilməsi;
  • Verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə;
  • Vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir;
  • Bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə.
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda.
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası

1918-1920-ci illərdə 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti əsas Qanununu qəbul edə bilməmişdi. 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilmişdir.

Bu Azərbaycan tarixində dördüncü, ölkə müstəqilliyini bərpa etdikdən sonra ilk Konstitusiyasıdır. Sovet işğalı dövründə Azərbaycan SSR-nin birinci Konstitusiyası 1921-ci il mayın 19-da, 1925-ci il martın 14-də 2-ci, 1978-ci il aprelin 21-də sonuncu – 3cü Konstitusiyası qəbul edilmişdi.

Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 (164) maddədən ibarətdir. Konstitusiyaya əlavə və dəyişikliklər 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə edilib.

Azərbaycan Respublikasının Konstitusiyasını aşağıdakı keçiddən öz kompyuterinizə yükləyə bilərsiniz: https://vmconsulting.az/docs/azerbaycan_respublikasinin_konstitusiyasi.pdf