2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi

Bakı, Azərbaycan
2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2023-cü il tarixli Qərarı ilə 2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. 2024-cü il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;

20 yanvar – Ümumxalq hüzn günü;

8 mart – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart – Novruz bayramı;

10, 11 aprel – Ramazan bayramı;

9 may – Faşizm üzərində qələbə günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;

16, 17 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət bayrağı günü;

31 dekabr – Dünya azərbaycanlılarının həmrəyliyi günü.

One thought on “2024-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir