Noyabrda ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr qeyri-iş günü olacaq

Zəfər Günü - VMConsulting.az;
Noyabrda ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr qeyri-iş günü olacaq

2023-cü ilin noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü – şənbə günü isə rəsmi iş günüdür.

Bununla bağlı Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Yada salaq ki, ​noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb. 9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir