İllik hesabat
İllik hesabat — şirkətlərin maliyyə nəticələri, fəaliyyət göstəriciləri, vergi öhdəlikləri və başqa rəsmi məlumatları əks etdirən sənədlər toplusudur. Azərbaycan Respublikası qanunvericiliyinə görə həm hüquqi şəxslər, həm də müəyyən kateqoriya üzrə fərdi sahibkarlar hər il uyğun dövlət orqanlarına illik maliyyə hesabatları və vergi bəyannamələri təqdim etməlidirlər.
İllik hesabatlar şirkətin maliyyə durumunu göstərməklə yanaşı, biznesin şəffaflığını təmin edir, audit və bank araşdırmaları üçün başlıca məlumat mənbəyi olur. Bu sənədlərin düzgün hazırlanması həm vergi öhdəliklərinin yerinə yetirilməsi, həm də hüquqi məsuliyyət baxımından xüsusi önəm daşıyır.
İllik hesabatlarla bağlı hansı xidmətlər tələb olunur?
İllik hesabatların hazırlanması həm maliyyə uçotu, həm də vergi qanunvericiliyinin tələblərini əhatə etdiyi üçün bir neçə peşəkar xidmətə ehtiyac yaranır:
1. İllik maliyyə hesabatlarının hazırlanması
Balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti və başqa müvafiq sənədlərin milli və ya beynəlxalq standartlara uyğun tərtibi.
2. Dövlət orqanlarına illik hesabatların hazırlanması və təqdim edilməsi
Vergi bəyannamələrinin, DSMF/ƏƏSMN hesabatlarının və digər rəsmi sənədlərin qanunla müəyyən edilmiş müddətdə elektron qaydada təqdim olunması. Bu xidmət çərçivəsində aşağıdakılar həyata keçirilir:
✔ Dövlət Vergi Xidmətinə illik vergi bəyannamələrinin hazırlanması:
-
Mənfəət vergisi bəyannaməsi
-
Sadələşdirilmiş vergi bəyannaməsi
-
ƏDV üzrə illik yekunlaşdırma (ƏDV ödəyicilərinə aid)
-
Vergi güzəştləri və çıxılmaların hesablanması
-
Elektron kabinetdə təsdiq və təqdimat
✔ DSMF/ƏƏSMN hesabatlarının illik formalarının hazırlanması:
-
Sosial sığorta üzrə illik hesabat
-
İşsizlik sığortası üzrə hesabat
-
İşçi və işəgötürən paketlərinin yoxlanılması
✔ Dövlət Statistika Komitəsinə hesabatların verilməsi (əlavə tələb olunan sahələr üzrə):
-
İllik statistik formada 1-M, 2-M, 1-İQ və başqa hesabatlar
-
E-statistika sistemi üzrə təqdimat
✔ Əlavə sahə qurumlarına hesabatların tərtibi:
(Lisenziyalaşdırılan və ya tənzimlənən sahələr üçün)
-
Enerji, maliyyə, nəqliyyat, səhiyyə və başqa üzrə illik məlumat formaları
✔ Hesabatlarda risklərin dəyərləndirilməsi və uyğunluq yoxlaması:
Təqdimat zamanı səhvlər həm maliyyə sanksiyalarına, həm də yoxlamalara səbəb ola bilər. Bu xidmət çərçivəsində bütün məsələlər yoxlanılır.
3. Vergi uçotu xidmətləri
İllik vergi hesablamalarının aparılması, mənfəət vergisi, sadələşdirilmiş vergi, ƏDV və digər növlər üzrə yekun öhdəliyin müəyyən edilməsi.
4. Mühasibat uçotu
İllik hesabatların əsasını təşkil edən bütün əməliyyatların düzgün uçotu, sənədləşmə və daxili yoxlama.
5. Konsaltinq xidmətləri
İllik hesabatlara dair qanunvericilik tələblərinin izahı, risklərin qiymətləndirilməsi və hesabat strategiyasının müəyyən edilməsi.
6. Audit xidmətləri
İllik hesabatların dəqiqliyinin və qanunvericiliyə uyğunluğunun müstəqil audit yoxlaması (hüquqi şəxslərin bir çox kateqoriyasında məcburidir).
“VM Consulting” MMC-nin rolu
“VM Consulting” MMC illik hesabatların hazırlanması, yoxlanılması və dövlət orqanlarına təqdim edilməsi prosesində müştərilərinə peşəkar dəstək göstərir. Komandamız sənədlərin düzgün, tam və vaxtında hazırlanmasını təmin edir və şirkətlərin illik öhdəliklərini problemsiz şəkildə yerinə yetirilməsinə yardımcı olur.
İqtisadi terminlər lüğətinə qayıt
