Maliyyə institutu
Maliyyə institutu – Vergi Məcəlləsinin məqsədləri üçün aşağıdakı fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisidir:
- bank fəaliyyəti;
- həyatın yığım sığortası və (və ya) annuitet sığortası fəaliyyəti;
- depozitar fəaliyyəti – VM-in məqsədlərinə uyğun olaraq, depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20 %-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
– maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üç illik müddət;
– müəssisənin fəaliyyət göstərdiyi müddət;
- qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti;
- investorların portfellərinin idarə edilməsi fəaliyyəti;
- VM-in 13.2.66.1 – 13.2.66.5-ci maddələrində qeyd olunmuş fəaliyyətlərdən hər hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə olunan hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət;
İqtisadi terminlər lüğətinə qayıt
SALAM TEMU ŞİRKƏTİ KARTIMDA İCAZƏSİZ ƏMƏLİAYTLAR APARIB VƏSAİT SİLİR XAİŞ EDİRƏM ARAŞDIRIN
Salam, Məhəmməd bəy! Bankınıza müraciət edin. Bizim araşdırmağımızı istəyirsinizsə, ofisə yaxınlaşın.