Xüsusi, qeyri adi və nadir ehtimallar
Xüsusi, qeyri adi və nadir ehtimallar (special, unusual, or extraordinary assumptions) — Səriştəli alıcı əmlakı almazdan öncə bazarda onun barəsində adi məlumatları əldə etməklə, kompleks yoxlama (due diligence) həyata keçirir. Qiymətləndiricinin bu kompleks yoxlamanın ən çox ehtimal olunan nəticələrinə istinad etməklə, öz rəyini sifarişçinin təqdim etdiyi məlumatlara əsasən formalaşdırması normal hal hesab olunur.
Xüsusi, qeyri-adi və nadir ehtimallar kompleks yoxlama nəticəsində meydana çıxan məsələlərlə, yaxud alıcının şəxsi xüsusiyyətləri, əmlakın fiziki durumu, ətraf mühiti çirkləndiricilərin mövcudluğu (məsələn, qrunt sularının çirklənməsi), əmlak obyektinin yenidən planlaşdırılması və yeni tikinti aparılmasının mümkünlüyü ilə əlaqədar meydana çıxa bilər.
İqtisadi terminlər lüğətinə qayıt