Vergilər Nazirliyi işçilərin sayını və maaşını gizlədənlərə xəbərdarlıq etdi

Vergilər Nazirliyi
Vergilər Nazirliyi işçilərin sayını və maaşını gizlədənlərə xəbərdarlıq etdi

Vergilər Nazirliyi əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi ilə bağlı konsepsiyanı təsdiq edib. Sənəd vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və uyğun tədbirlərin görülməsini müəyyən edir.

Nazirliyin məlumatına görə, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq səkkiz min manatadək əldə etdikləri gəlirlərin yeddi il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir parçasıdır.

Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə çalışan və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur.

Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin ölçüsü daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir.

Bundan başqa, bir sıra sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab olunması üçün önəmli əsaslar olduğu halda, işə qoşduqları şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə görə, ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə sonuclanır.

Vergi ödəyicilərinin muzdla işləyən işçilərinə əməkhaqqını uçotdankənar verməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilməməsi həmin şəxslərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da gətirib çıxarır.

Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq edilmiş yeni konsepsiyanın da başlıca məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir.

Risk qrupunda olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişi” altsistemindən və başqa qaynaqlardakı məlumatlardan da yararlanması düşünülüb.

Vergi orqanı əmək münasibətləri sahəsində vergi ödəyiciləri üzrə işçi sayı, əməkhaqqı fondu, o sıradan bir işçiyə düşən orta aylıq əməkhaqqı məbləği, bəyannamə, hesabat göstəriciləri və “Əmək müqaviləsi bildirişi” altsistemindəki məlumatlar əsasında araşdırma apararaq riskləri müəyyən edəcək.

Araşdırmalar aparılarkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.

Konsepsiyaya görə, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını yaradacaq. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri ilə bağlı” bildiriş göndəriləcək.

Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi üçün vergi ödəyicisi vergi orqanına çağırılacaq və görüş zamanı vergilərin, o cümlədən, işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq.

Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim edilən dəlil və sübutlarla razılaşdıqda uyğun dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin verilməsi təmin ediləcək. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək.

Qaynaq: YALAN.info

One thought on “Vergilər Nazirliyi işçilərin sayını və maaşını gizlədənlərə xəbərdarlıq etdi

  1. “Safe Union” MMC şirkəti Azərbaycanda və Bakı şəhərində uyğun qiymətlərlə əməkdaşlar üçün xüsusi işçi geyimləri, uniforma və kombinezonların topdan istehsalı və satışı ilə məşğul olur: https://safeunion.az/product-category/mehsullar/xususi-isci-geyimleri/ Bizdə qış gödəkçələri, qolsuz qış gödəkçələri, işçilər üçün kombinezonlar, kombinezon dəsti (uniforma), tibb işçiləri üçün geyim, xidməti kombinezon dəsti, suya davamlı geyim, aşpaz geyimi, ofisiant geyimi, reklam təyinatlı geyimlər, fosforlu geyim və b. uniformaların sifarişlə hazırlanması və topdan satışı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir