Mənfəət

Mənfəət

Mənfəət – Ümumi gəlirlə ümumi xərc arasındakı fərq. Mənfəət satışdan məhsulun maya dəyərini və göstərilmiş xidmətləri çıxmaqla əldə edilir. Şirkət üçün ən vacib iqtisadi göstərici Xalis mənfəətdir.

Xalis mənfəət – maya dəyəri və xərcləri çıxandan müəssisədə pulun qalmasını göstərən göstəricidir. Bu zaman qalan vəsait ya müəssisənin inkişafına yönəldilir (bu halda bölüşdürülməmiş mənfəətə çevrilir), ya da təsisçi və səhmdarlara dividend şəklində bölüşdürülür.

Mənfəət və zərər haqqında hesabatın əsas düsturları:

  1. Satışdan gəlir = Satılmış məhsulun qiyməti x Satılmış malın miqdarı
  2. Ümumi mənfəət = Satışdan gəlir – Maya dəyəri və digər birbaşa xərclər
  3. Əməliyyat mənfəəti = Ümumi mənfəət – Qaimə xərcləri və digər dolayı xərclər
  4. Mənfəət vergisindən əvvəlki mənfəət = Əməliyyat mənfəəti – Birdəfəlik ödənişlər, işdən çıxma ödənişləri, yenidən təşkil olunma xərcləri – Ödənilmiş faizlər
  5. Xalis mənfəət = Mənfəət vergisindən əvvəlki mənfəət – Mənfəət vergisi
  6. Bölüşdürülməmiş mənfəət = Xalis mənfəət – Dividendlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir