Qapalı Tipli Səhmdar Cəmiyyəti (QSC)

Qapalı Tipli Səhmdar Cəmiyyəti (QSC)

Qapalı Tipli Səhmdar Cəmiyyəti (QSC) — yaxın zamanda təsisçilərin sayı və nizamnamə fondu artmayacaq cəmiyyətdir. Qapalı tipli səhmdar cəmiyyətlərində yayılan səhmlərin hamısı adlı səhmlərdir və onlar yalnız təsisçilər, ya da təsisçi müəssisələrin kollektivləri arasında bölüşdürülür. Bu cür səhmdar cəmiyyətləri nizamnamə kapitalını formalaşdırmaq üçün təsisçilərin öz kapitalları kifayət etdiyi hallarda yaradılır. Məhz bu səbəbə görə belə cəmiyyətlərin üzvlərinin sayı az olur və onlar da əksər hallarda ya şəxsən tanışlıq və ya qohumluq əlaqələrində olurlar. Səhmdar kapitalı könüllü səhmdarlar tərəfindən quylmuş vəsaitdən yaranır.

  • Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC sayılır;
  • QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz;
  • QSC səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yaya bilər;
  • QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir;
  • MM-in 100.3-cü maddəsinə görə cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir;
  • QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilmişdir;
  • QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manat təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir