Transmilli şirkət
Transmilli şirkət — Başlıca olaraq fəaliyyət göstərdiyi ölkədən başqa, digər ölkələrdə də biznes əməliyyatları həyata keçirdən korporativ strukturdur.
Bundan başqa, transmilli şirkətlər qrupu – müxtəlif ölkələrdə rezident olan iki və ya daha çox müəssisənin daxil olduğu və ya bir ölkədə rezident olan və başqa ölkədə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən müəssisənin daxil olduğu şirkətlər qrupudur. Transmilli şirkətlər qrupuna daxil olan müəssisə dedikdə həmin müəssisə, həmin müəssisənin törəmə və asılı müəssisələri, habelə filial və nümayəndəlikləri nəzərdə tutulur.
İqtisadi terminlər lüğətinə qayıt