Cari aktivlər
Cari aktivlər — Təşkilatın cari fəaliyyətində daimi istifadə üçün nəzərdə tutulmayan aktivlər, məsələn ehtiyatlar, təşkilatın debitor kimi çıxış etdiyi borc öhdəlikləri, qısamüddətli investisiyalar, təşkilatın bankda və xəzinəsində olan pul vəsaitləridir. Bəzi hallarda adətən dövriyyədən kənar (cari olmayan) aktivlər kimi nəzərdən keçirilən daşınmaz əmlak da cari aktivlərə aid edilə bilər. Bunlara nümunə olaraq, yaxşılaşdırmaları olan, satılmaq üçün ehtiyat kimi saxlanılan daşınmaz əmlak obyektlərini göstərmək olar.
Cari aktivlər aşağıdakı xüsusiyyətləri olan aktivlərdir:
a) satılacağı yaxud satılmaq üçün saxlanılması və ya müəssisənin adi əməliyyat fəaliyyəti çərçivəsində istehlak olunacağı gözlənilir;
b) ilk növbədə satış məqsədləri üçün saxlanılır;
c) balans tarixindən sonrakı on iki ay müddətindən gec olmayan müddətdə satılacağı gözlənilir;
ç) pulların mübadiləsinin məhdudlaşdırıldığı yaxud balans tarixindən sonrakı on iki ay müddətində pul vəsaitlərindən öhdəliklərin yerinə yetirilməsi üçün istifadə ediləcəyi hallar istisna olunmaqla, pul vəsaitləri yaxud pul vəsaitlərinin ekvivalenti formasında olan aktivdir (MCFO 7 “Pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar” təyinatına müvafiq olaraq).
Bütün digər aktivlər dövriyyədən kənar aktivlər kimi təsnifləşdirilir. Həmçinin bax: Dövriyyədən kənar (cari olmayan) aktivlər
İqtisadi terminlər lüğətinə qayıt