Cari hesablar

Cari hesablar

Cari hesablar — dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, ailə kəndli təsərrüfatının həmçinin fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

Fiziki şəxslərin cari hesabları onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarını yerinə yetirmək üçün açılır. Həmkarlar İttifaqının ilk təşkilatı üçün cari hesablar qanunvericiliklə və nizamnamə ilə onların üzərinə qoyulmuş vəzifələrin icrası üçün açılır.

Büdcə təşkilatlarına cari hesablar yalnız xarici dövlət və hüquqi şəxslər tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır.

Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir