Denominasiya

Denominasiya

Denominasiya — Köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə “sıfırların silinməsi” də deyilir. Mal və xidmətlərin qiymətləri, tariflər, əməkhaqqı, pensiyalar, təqaüdlər, idarə və müəssisələrin balanslarında, bank hesablarında olan pul vəsaitlərinin qalığı da bu nisbətlə yenidən hesablanır. Müstəqil Azərbaycan Respublikasında 1992-ci və 2006-cı illərdə denominasiya həyata keçirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir