Ümumi Daxili Məhsul
Ümumi Daxili Məhsul (ÜDM) — Verilmiş zaman müddətində (il və ya rüblər) ölkə daxilində istehsal olunan bütün son əmtəə və xidmətlərin bazar dəyəridir.
Keçmişdə istehsal edilən məhsullara aid sövdələşmələr ÜDM-də əks olunmur. ÜDM istehsalın həcmini ölkənin coğrafi hüdudları daxilində ölçür. Məsələn, Rusiya şirkəti Azərbaycanda fəaliyyət göstərirsə, onun yaratdığı dəyər Azərbaycanın ÜDM-də əks olunur və əksinə Azərbaycan şirkəti Türkiyədə fəaliyyət göstərirsə, onun istehsal etdiyi məhsul və ya göstəridiyi xidmət Türkiyənin ÜDM-də əks olunacaq.
Ümumi Daxili Məhsul uyğun dövr ərzində ölkə rezidentlərinin iqtisadi fəaliyyətinin son nəticələrini əks etdirir və ölkə rezidentləri tərəfindən istehsal olunmuş və son istehlak, yığım və ya ixrac məqsədilə istifadə edilən məhsul və xidmətlərin dəyəri ilə ölçülür. ÜDM iqtisadiyyatın bütün (istehsal və xidmət) sahələrində istehsal edilmiş əlavə dəyərin cəminə bərabərdir.
İqtisadi terminlər lüğətinə qayıt