VM Consulting şirkətindən mühasibat, vergi və kadr uçotu xidmətləri
Sahibkar olaraq gün ərzində çoxlu əməliyyatlar yerinə yetirirsiniz. Lakin hər şeyə vaxtınız çatmır. Yorucu sənəd işinə və qarışıq hesabatlara sərf edəcəyiniz vaxtı biznesinizin inkişafına ayıra bilərdiniz. “Vergi & Mühasibat Consulting” MMC (VM Consulting) ilə əməkdaşlıq edərək bütün vaxtınızı biznesinizə ayıracaqsınız.
Təklif etdiyimiz xidmətlər:
- Mühasibat uçotlarının düzgün qurulması;
- Vergi və digər icbari ödənişlərlə bağlı xidmətlər;
- Kadr uçotu və işçilərlə əmək münasibətlərinin sənədləşməsi;
- Korporativ müştərilərə mühasibat, vergi və insan resursları sahəsində bütün növ konsaltinq xidmətləri;
- və bir çox başqa xidmətlərdən yararlana bilərsiniz.
7 illik fəaliyyətimiz nəticəsində şirkətlərə yüksək səviyyəli xidmətlər göstərərək onların etibarını qazanmışıq.