Avans ödənişini tam edərkən müəssisənizi necə qorumalısınız

Anas ödənişi
Avans ödənişini tam edərkən müəssisənizi necə qorumalısınız

Məhkəmə prosesində əsas sənəd müqavilə və ödəniş sənədləridir. Buna baxmayaraq siz təchizatçını ətraflı yoxlamadan keçirməlisiniz. Qarşı tərəflə müqavilə imzalamazdan öncə ondan hansı sənədləri tələb etmək lazımdır:

Yerli şirkət olarsa:

  • təsis sənədləri;
  • qeydiyyat şəhadətnaməsi;
  • VÖEN;
  • müqaviləni imzalayacaq şəxsin səlahiyyətləri;
  • lisenziya;
  • əqdin predmeti olan əmlaka mülkiyyət hüququ verən sənədlər;
  • müqaviləni imzalayacaq şəxsin şəxsiyyət vəsiqəsinin surəti.
  • Vergi ödəyicisinin riskli olub-olmaması barədə məlumat:

https://www.e-taxes.gov.az/ebyn/risk.html

  • Vergi borcunun olub olmaması barədə məlumat

https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html

Bu məlumatları bəzisini vergi orqanın saytından da əldə etmək olar:

https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-uzre-axtaris

Bütün sənədlər notarius tərəfindən və ya direktorun imzası və möhürü (varsa) ilə təsdiq edilmiş surətlərdə tələb olunmalıdır. Bu tələb etibarsız və ya köhnəlmiş sənədlərin alınması riskini azaldacaq. Bu kağız və ya elektron formada edilə bilər.

Əgər təchizatçı sənədləri verməkdən imtina edirsə səbəbi nədir?

  1. Yaxın zamanda qeydiyyatdan keçmişdir;
  2. Bir günlük firmadır;
  3. Vergi borcu vardır;
  4. Vergi orqanına hesabat təqdim etmir;
  5. Hüquqi şəxslərin Vahid Dövlət Reyestrində məlumatların etibarsızlığı haqqında qeyd var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir