Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC)
Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) — səhmlərini müstəqil surətdə abunəçilər arasında özgəninkiləşdirmək hüququna malik, Nizamnamə fondunun minimum məbləği 20 milyon manatdan az olmayan səhmdar cəmiyyətdir.
- Səhmdar Cəmiyyətinin iştirakçıları onlara mənsub olan səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o ASC sayılır;
- Bu səhmdar cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışını həyata keçirir, yəni onların sərbəst satışını həyata keçirir;
- ASC-də səhmlərə abunə yazılışı təsisçilər tərəfindən müəyyən edilir, cəmiyyət səhmlərini bilavasitə özü, bank və ya birja vasitəsilə sata bilər;
- Səhmlərə abunə yazılışı kütləvi informasiya vasitələrində elan olunmalıdır, abunə yazılışının müddəti 6 aydan çox olmamalıdır;
- ASC illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istista olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur.
İqtisadi terminlər lüğətinə qayıt