Kriptovalyuta
Kriptovalyuta — “kriptoqrafik texnologiya” vasitəsilə yaradılan və qorunan rəqəmsal valyuta. Bu kateqoriyadakı rəqəmsal valyutaların əksəriyyəti mərkəzləşdirilməmiş və dünyanın hər yerindən şəbəkədə iştirak edən üzvlər tərəfindən idarə olunur.
Beləliklə, kriptovalyutalar mövcud rəqəmsal valyutaların bir növüdür. Ancaq ümumi olaraq, kriptovalyutaların bu kateqoriyası rəqəmsal valyuta (digital valyuta və ya elektron valyuta) kimi tanınır. Ən məşhur kriptovalyutalara misal olaraq Bitcoin, Ethereum, Lightcoin, Tetra, Cardano, Solana və başqalarının adının çəkmək olar.
Kriptovalyuta mərkəzləşdirilməmiş və təhlükəsiz şəkildə maliyyə əməliyyatlarını yaratmaq, köçürmək və autentifikasiya etmək üçün müxtəlif texnologiyalardan istifadə edən rəqəmsal valyutadır. Rəqəmsal valyutanın və ya kriptovalyutaların ən önəmli özəlliyi onun mərkəzləşdirilməmiş olmasıdır, yəni heç bir şəxsə və ya təşkilata aid deyil.
Kriptovalyutaların qeyri-mərkəzləşdirilməsi onları sistemin bağlanması və məlumat dəyişikliklərindən qoruyur. Banklar kimi mərkəzləşdirilmiş sistemlərdə məlumat mərkəzi serverlərin daxilində saxlanılır. Bu serverlər zədələnərsə, məlumat tamamilə itirilə bilər.
Kriptovalyutaların başqa önəmli özəlliyi onun təhlükəsizliyidir. Kriptovalyuta bazasında yazılan məlumat heç bir şəkildə dəyişdirilə bilməz və onu sındırmaq üçün çoxlu maliyyə və hesablama resursları tələb olunur. Kriptovalyutaların təhlükəsizliyinin bir hissəsi onun mərkəzsizləşdirilməsi ilə bağlıdır. Bunun səbəbi, üzv zədələndiyi halda bu xüsusiyyət sistemin işləməyə davam etməsinə səbəb olur.
Şifrələmə texnologiyaları və “hesh funksiyaları” şəbəkədə mərkəzləşdirilməmiş üzvlərin konsensusunu təmin edən texnologiyalardır. Bu texnologiyalardan istifadə edərək, istifadəçilər banklar kimi vasitəçilərin iştirakı olmadan rəqəmsal valyutanı başqalarına köçürə bilirlər. Bu texnologiyalar həm blokçeynin sistemə kənar müşahidə, blokçeynin iştirakı olmadan əməliyyatları nəzərdən keçirməyə və yoxlamağa imkan verir.
İqtisadi terminlər lüğətinə qayıt