Rəqəmsal valyuta

Rəqəmsal valyuta

Rəqəmsal valyuta — Elektron və rəqəmsal məkanda yaradılan və öz kontekstində başqalarına köçürülə bilən istənilən pul forması. Rəqəmsal valyutaların ümumi Fiat valyutaları ilə eyni funksiyaları var. Rəqəmsal valyuta (və ya elektron valyuta) mal və ya xidmətlər üçün ödənişlərdə istifadə edilə bilər. Rəqəmsal valyutanın ən önəmli özəlliyi ondan istifadə etməklə beynəlxalq əməliyyatların yüksək sürətidir.

Rəqəmsal valyutanın başqa bir özəlliyi onun “mərkəzləşdirilməmiş” olmasıdır. Dollar və Manat kimi ümumi valyutalar hər bir ölkənin mərkəzi bankı tərəfindən yaradılır və paylanır. Buna görə də onların sistemi yüksək dərəcədə mərkəzləşdirilmişdir. Ancaq rəqəmsal valyutalar həm mərkəzləşdirilmiş, həm də mərkəzləşdirilməmiş ola bilər. Mərkəzləşdirilmiş dövlətdə hökumət, ya da təşkilat rəqəmsal valyutaların istehsalına və yayılmasına cavabdehdir, lakin mərkəzləşdirilməmiş dövlətdə bu, sistemin bütün üzvləri tərəfindən həyata keçirilir.

Rəqəmsal valyutalar maddi dəyəri köçürən ümumi valyutalardan fərqli olaraq başqa valyutaları saxlamaq və köçürmək üçün istifadə edilə bilər. Məsələn, rəqəmsal valyuta bir sənət əsərinin mülkiyyətini təmsil edə bilər və ya kompüter oyunlarında oyunçunun uzunömürlülüyünü göstərə bilər.

Rəqəmsal valyutaların növləri

Rəqəmsal valyutanı öyrətdikdən və müəyyən etdikdən sonra onun növlərini araşdırmağın vaxtı gəldi. Rəqəmsal valyuta rəqəmsal məkanda yaradılmış istənilən valyutaya aid olan bir termindir. Ümumilikdə və istifadə edilən özəlliklərə və texnologiyalara görə rəqəmsal valyuta üç alt kateqoriyaya bölünür.

  • Kriptovalyutalar: Bu rəqəmsal valyutalar “kriptoqrafik texnologiya” vasitəsilə yaradılır və qorunur. Bu kateqoriyadakı rəqəmsal valyutaların əksəriyyəti mərkəzləşdirilməmiş və dünyanın hər yerindən şəbəkədə iştirak edən üzvlər tərəfindən idarə olunur.
  • Virtual valyutalar: Bu tip rəqəmsal valyutalar şirkətlər və özəl təşkilatlar tərəfindən yaradılır və xüsusi olaraq tənzimlənmir. Oyunlarda istifadə olunan valyutalar bir növ virtual valyutadır. Bu valyutalar tam mərkəzləşdirilmişdir, oyun protokolu ilə yaradılır və paylanır.
  • Mərkəzi Bank Valyutaları: Hər bir ölkənin mərkəzi bankları mərkəzləşdirilmiş şəkildə rəqəmsal valyuta istehsal edə bilir. Bu valyutalar fiziki valyutaları tamamlaya və ya əvəz edə bilər.

Rəqəmsal valyuta və kriptovalyuta arasındakı fərq nədir?

Karib dənizi və Baham adalarından Çin və İngiltərə banklarına qədər dünyanın hər bir tərəfindən böyük və kiçik banklar ənənəvi valyutalar üçün artan təhdidlərin öhdəsindən gəlmək və daha asan ödəmə sistemlərini inkişaf etdirmək üçün öz rəqəmsal valyutalarını yaratmaq üzərində çalışırlar. Kriptovalyutaların dünyada sürətlə yayılmasından narahat olan mərkəzi banklar rəqəmsal valyutalarla bağlı araşdırmalar edir, təcrübələr aparırlar.

Mərkəzi Bankın Rəqəmsal Valyutası nədir?

Mərkəzi Bankın Rəqəmsal Valyutası (CBDC) əsasən elektron pul deməkdir. Ənənəvi nağd valyutalarda olduğu kimi onu əlində tutan şəxs də mərkəzi bankın öhdəliyini daşıyır. Yenə bununla elektron ödəmələr və köçürmələr edilə bilər. Normalda mərkəzi bank tərəfindən verilmiş nağd pul xaricindəki aktivlərə giriş yalnız banklar kimi maliyyə qurumlarına məxsus bir güzəşt idi.

Kredit kartları, debet kartları və ödəmə tətbiqetmələri ilə edilən əməliyyatlar əslində bir növ elektron pul istifadəsidir. Lakin kommersiya bankları bunu mərkəzi bankların çap etdikləri əskinasları öz hesablarına yükləməklə edirlər. Fərq bankların rəqəmsal valyutalarının CBDC-lər kimi risksiz olmamasıdır. Bankların iflas etməsi halında buradakı hesablarda saxladığınız əmanətləri itirmə riski var. Dövlətlər bu pulların müəyyən hissəsinin qaytarılmasına zəmanət verir.

Mərkəzi Banklar məsələdə niyə bu qədər maraqlıdır?

Birincisi, mərkəzi banklar pul tədarükü və ödəmə sistemləri üzərində nəzarəti itirməkdən qorxurlar. Bitcoin və Ethereum kimi kriptovalyutalar mərkəzi bankların nəzarəti xaricində fəaliyyət göstərdikləri üçün ənənəvi maliyyə sistemi üçün əsas narahatlıq yaradır. Heç bir mərkəzi qurum və ya dövlət qurumu tərəfindən nəzarət edilə bilməyən bir ödəmə sisteminin, mərkəzi bankların pul mənbəyindəki gücünü və nəticə etibarilə iqtisadi sabitliyi azaltmaq potensialı vardır. Kriptovalyutaların daha çox insan tərəfindən qəbul edilməsi bu riski artırır. İkinci səbəb fiziki puldan istifadənin tədricən azalmasıdır. Xalqın birbaşa nağd pul əvəzinə rəqəmsal pula yönəlməsi də pul siyasətini həyata keçirərkən mərkəzi bankın əlini gücləndirən bir seçim ola bilər.

Rəqəmsal valyuta kriptovalyutaları əvəz edə bilərmi?

CBDC-lərin kriptovalyutaları əvəz etməsi ehtimalı azdır. Çünki kriptovalyutaların tədarükü məhdudlaşdırıla bilər. Bu şəkildə alış-veriş və pul köçürməsinin yanında bir investisiya vasitəsi olaraq da istifadə edilə bilər. Rəqəmsal olub-olmamasından asılı olmayaraq mərkəzi bankda valyutaların tədarükündə heç bir məhdudiyyət yoxdur.

CBDC-lər blockchain texnologiyasına əsaslanacaqmı?

Kriptovalyutalarla edilən bütün əməliyyatlar blockchain texnologiyası sayəsində qeyd kitablarında saxlanılır və bu hər kəs üçün əlçatandır. Kriptovalyutanın ən önəmli özəlliyi onların heç bir mərkəzi idarəetmə mexanizminə ehtiyac duymamalarıdır. Bu, blockchain sayəsində mümkündür. Mərkəzi bankların bu texnologiyanı rəqəmsal valyutalarda istifadə edəcəyi barədə ortaq bir mövqe yoxdur.

Məsələn, Çin Bankı, rəqəmsal yuanın blok zəncirinə əsaslanmayacağını açıqladı. Digər tərəfdən, İsveçin sınaq mərhələsində olduğu elektron tac da bu texnologiyaya əsaslanır. Blok zəncirindən istifadə olunsa belə, mərkəzi bankların reyestri hər kəsə təqdim etməsi gözlənilmir. Məhdud sayda səlahiyyətli istifadəçiyə icazə veriləcəyi düşünülsə də, bu, kriptovalyutaların əsas təməli olan mərkəzləşdirilmiş maliyyə konsepsiyası xaricindədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir