Kassa aparatı ilə bağlı cərimələr
Hansı hallarda kassa aparatı ilə bağlı cərimələr ola bilər və cərimələrin məbləği nə qədərdir?
Kassa aparatı ilə bağlı aşağıdakı hallarda cərimələr tətbiq oluna bilər:
- Kassa aparatında istifadə etmədən satış həyata keçirməyə;
- Yeni nəsil kassa aparatı istifadə etmədən satış həyata keçirməyə;
- Yeni nəsil kassa aparatında satışla bağlı müvafiq məlumatlar qeyd edilmədən satış həyata keçirməyə;
- Kassa çekində satışdan fərqli məbləğ əks olunmaqla müştəriyə təqdim edilmə;
- Kassa aparatını çalışdırmamaq və ya müştərinin tələbi əsasında ona çek verməkdən imtina etmək;
- Kassa aparatı çalışmadığı dövrdə jurnalda satış əməliyyatlarını qeyd etməməyə görə.
Kassa aparatı ilə bağlı cərimələrin məbləği:
- təqvim ili ərzində ilk dəfə olduqda – 1000 manat.
- təqvim ili ərzində ikinci dəfə olduqda – 3000 manat.
- təqvim ili ərzində üç və ya daha çox olduqda – 6000 manat cərimə edilirlər.