Səhmdarlar cəmiyyəti
Səhmdarlar cəmiyyəti — hər hansı bir işi yerinə yetirmək məqsədilə işgüzar adamların nizamnamə əsasında öz vəsaitlərini birləşdirmək üçün yaratdıqları cəmiyyətdir. Vəsait qoyan işgüzar bunun müqavilində qiymətli qağız səhm alır. Səhm sahibi olmaq isə hər bir işgüzara cəmiyyətin idarə olunmasında və gərilin müəyyən hissəsinin (dividendin) bölüşdürülməsində iştirak etmək hüququ verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyət sayılır. Səhmdar cəmiyyətinin nizamnaməsində hüquqi şəxsdən, hüquqi ünvandan başqa nizamnamə kapitalının həcmi, səhmin nominalı, səhmlərin miqdarı göstərilməlidir. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə, qanunla qadağan olunmamış başqa mənbələr hesabına yaranır.
Səhmdar cəmiyyəti açıq tipli səhmdar cəmiyyəti (ASC) və qapalı tipli səhmdar cəmiyyəti (QSC) cəmiyyət olaraq iki növə bölünür. Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə, “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” sözləri göstərilməlidir.
Səhmdar cəmiyyəti haqqında qanunun 17-ci maddəsinə görə Cəmiyyətin Nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat müəyyən edilir.
İqtisadi terminlər lüğətinə qayıt