Absentizm
Absentizm – Hüquqi normalara, o cümlədən əmək qanunçuluğuna məhəl qoymadan, heç bir üzürlü səbəb olmadan işə çıxmama.
Absentizm – Hüquqi normalara, o cümlədən əmək qanunçuluğuna məhəl qoymadan, heç bir üzürlü səbəb olmadan işə çıxmama.
Açıq sistem xarici mühitlə əlaqəsi (informasiya, iqtisadi və b.) olan sistemdir. Belə əlaqə həmin sistemin, o cümlədən təşkilatların səmərəli fəaliyyətinin önəmli şərtidir. İqtisadi və sosial sistemlər açıq sistemlərdir.
Agent — müəyyən müddət ərzində başqasının tapşırığı və onun hesabına istehsal, satış, tədarük, topdansatış ticarəti üzrə fəaliyyət göstərən (müvəkkillik edən) hüquqi və ya fiziki şəxsdir. Agentin əqd sənədlərinə imza etmək hüququ olmur; gördüyü işlərə görə sifarişçidən müqavilə əsasında xidmət haqqı alır.
Onu da yada salaq ki, “VM Consulting” şirkəti agent xidmətləri sahəsində uzmanlaşmış bir şirkət olaraq, fiziki və hüquqi şəxslərə öz xidmətlərini təklif edir:
Aksiz – müəyyən kateqoryaya əsasən yüksək gəlirli istehlak məhsulları üçün (məsələn, alkoqol, tütün, dəbdəbəli mallar, qiymətli metallar və b.) təyin edilən ən çox yayılmış dolayı vergilərdən biridir. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur.
Aksiz markası – Aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin mallara kağız daşıyıcıda yapışdırılan nəzarət markasıdır.
Alıcı bazarı – bazarda təklifin tələbi üstələdiyi vəziyyətdir. Belə vəziyyətin yaranması iqtisadi baxımdan istehlakçılar üçün faydalıdır.
Amortizasiya — istehsalın əsas vasitələrinin dəyərinin tədricən malın maya dəyərinə keçirilməsidir (onların maddi və ya mənəvi cəhətdən köhnəlməsi ilə əlaqədar olaraq). Daha sadə desək, istənilən şirkət nəsə alır – texnika, alətlər, daşınmaz əmlak, nəqliyyat. Zaman keçdikcə bütün bunlar köhnəlir. Yenilənmə üçün pula ehtiyac yaranır. Onları haradan almaq olar? Amortizasiya – maddi aktivləri qorumağın ən sadə və effektiv yoludur.
“Amortizasiya” termini latın dilində “amortizatio” sözündən yaranıb və “borcu ödəmək” mənasını verir. Amortizasiyanın mahiyyəti ondan ibarətdir ki, təşkilat amortizasiya vəsaitləri sayəsində tədricən obyektin əvvəlki dəyərini bərpa edir. Bu proses aşağıdakı kimi baş verir:
Daha sonra aktiv köhnələndə şirkət onu ya ləğv edə, ya da yenisi ilə əvəz edə bilər. Amortizasiya ödənişlərinin faizi köhnəlmə növündən asılıdır. Əgər obyekt bir neçə köhnəlmə növünə məruz qalırsa, amortizasiya əmsalı maksimum səviyyədə olacaq.
Arbitraj – iqtisadi məhkəmədir. Arbitraj iqtisadi mübahisələri (müqavilə şərtlərinin pozulması, mülkiyyət hüququnun tanınması, zərərin ödənilməsi, bəzi dövlət aktlarının qanunsuzluğunun aşkar edilməsi, iflasa uğrama ilə bağlı məsələlər və s.) və başqa təsərrüfat problemlərini araşdıran məhkəmə orqanıdır.
Asan İmza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.
Assosasiyalar və ittifaqlar sahibkarlıq fəaliyyətlərini əlaqələndirmək və birgə əmlak münasibətlərini tənzimləmək məqsədilə kommersiya təşkilatlarının müqavilə əsasında birləşməsi.