Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC)

Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC)

Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) — çoxmərtəbəli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək, ya da onu bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir.

Qanunvericiliyə əsasən çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərilərinə götürürlər. MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir.

MMC-lər Dövlət Vergi Xidmətində, MMMC-lər isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir