Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC)

Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC)

Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) — çoxmərtəbəli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək, ya da onu bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir.

Qanunvericiliyə əsasən çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərilərinə götürürlər. MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir.

MMC-lər Dövlət Vergi Xidmətində, MMMC-lər isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınır.

One thought on “Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC)

  1. Salam. Məqalə üçün çox sağ olun!
    MMMC idarə etdiyi binanı sığortalaya bilərmi?
    Əgər sığortalaya bilərsə, oradakı mənzillərə ziyan dəysə bu zərərlər sığorta şirkəti tərəfindən qarşılanacaqmı?

    1. Salam, Vüqar bəy. Sualınız üçün çox sağ olun.
      Bəli, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) idarə etdiyi binasını sığortalaya bilər və əmlakın ziyanına görə təqdim edilmiş olan sığorta xidmətləri daxilində bu zərərləri əldə etmiş olar. Ancaq MMMC ümumi binanın və ərazinin sığortalayıcısı olsa da, hər bir mənzil sahibi öz mülkiyyətinin sığorta tərəflərini nəzərdə tutmaq üçün müstəqil sığorta tədbirləri görməlidir. Yəni bu, başlıca olaraq əmlakın fiziki strukturuna və müstəqil mülkiyyət hissələrinə (mənzillərə) dəyən zərərdə müstəqil sahiblər üçün tətbiq edilmir. Yaxşı olar ki, bununla bağlı vəkildən məsləhət alasız.

  2. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətiinin nizamnamə və əsasnaməsinin nümunəsini haradan əldə edə (götürə) bilərik. Təşəkkür edirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir