Archives: İqtisadi terminlər lüğəti

Riskli Vergi Ödəyiciləri
Riskli vergi ödəyicisi

Riskli vergi ödəyicisi — Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi sayılır:

1. Aşağıda qeyd edilən riskli əməliyyatları apardıqda:

  • Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Məsələn, idxal etdiyiniz mal Yük Gömrük Bəyannaməsinə əsasən ofis mebeli, satdığınız mal isə e-qaiməyə əsasən tikinti materialıdırsa, o halda riskli vergi ödəyicisi hesab olunacaqsınız.
  • Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə. Məsələn, tutaq ki, e-qaimə və ya Yük Gömrük Bəyannaməsi ilə 1.000 manatlıq mal əldə etmiş, lakin eyni dövrdə e-qaiməyə əsasən 10.000 manatlıq satış etmisiniz. Bu halda da siz riskli vergi ödəyicisi sayılacaqsınız (dövrün əvvəlinə kifayət qədər mal qalığı olmazsa).

2. Aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Məsələn, tutaq ki, sizin şirkətdə vergi orqanının əsaslandırılmış qərarı ilə operativ vergi nəzarəti tədbirləri nəticəsində məlum olur ki, malları təqdim etmədən əmtəəsiz əməliyyat aparmısınız. Bu halda siz riskli vergi ödəyicisi sayılacaqsınız.

3. İdxalçının, istehsalçının və ya idxalçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və ya qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə:

  • Tutaq ki, “AA” MMC xaricdən idxal etdiyi malları satmaqla məşğuldur, lakin icarədə və ya özünə məxsus anbarı yoxdur. Yaxud şirkətin idxal etdiyi mal üçün ən azı 100 kvadratmetr anbar sahəsi tələb olunduğu halda o, 10 kvadratmetr anbar sahəsini icarəyə götürüb. Bu halda MMC riskli vergi ödəyicisi hesab olunur. Bununla belə, mallar bilavasitə sifarişçilərə təhvil verildiyi və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda, şirkət riskli vergi ödəyicisi hesab edilmir.

4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uyğun olmayan malların vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə:

  • Tutaq ki, vergi nəzarəti zamanı məlum olur ki, təlim xidməti göstərən şirkət əldə etdiyi tikinti materiallarını sənədləşdirmədən təqdim edib. Bu halda həmin şirkət riskli vergi ödəyicisi hesab edilir. Burada vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna təşkil edir.

5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı üç dəfə artıq olduqda:

  • Məsələn, tutaq ki, MMC 2020-ci ilin yanvar-iyun ayları üzrə 10.000 manatlıq malı idxal edib və ya e-qaimə əsasında əldə edib. MMC-nin 2020-ci ilin yanvar-iyun aylarına aid dövriyyəsi isə 2.000 manat olub. Bu halda, həmin şirkət riskli vergi ödəyicisi hesab edilə bilər. Lakin nəzərə almaq lazımdır ki, vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar olarsa, MMC riskli vergi ödəyicisi hesab edilməyəcək.

6. Yuxarıda qeyd edilən 5 bənd ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs. Riskli vergi ödəyicisi olan fiziki şəxs hər hansı hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduqda onun rəhbərlik etdiyi hüquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir.

7. Meyarların yuxarıda qeyd edilən ilk 5 bəndi ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs. Belə ki, riskli vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri və ya təsisçisi olduğu şəxs, digər hüquqi şəxslərin rəhbəri və ya təsisçisi olduğu halda həmin hüquqi şəxs və ya şəxslər də riskli vergi ödəyicisi hesab olunur.

8. Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər:

  • Bu o deməkdir ki, 5 hüquqi şəxsin rəhbəri olan şəxs yeni biznes həyata keçirmək üçün 6-cı fiziki şəxsə rəhbərlik edəcəyi halda rəhbəri olduğu bütün hüquqi şəxslər riskli vergi ödəyici siyahısına daxil edilir.

“VM Consulting” MMC şirkəti riskli vergi ödəyicilərinə məsləhətlər xidmətlərini təklif edir.

Rotasiya

Rotasiya – Latın sözüdür; “dairəvi hərəkət”, “dövri dəyişmə” deməkdir. İqtisadi termin olaraq rotasiya, bir işçinin vəzifəsinin müddətini, mövqeyi, bölməni və ya departamenti dəyişdirmə prosesini ifadə edir. Bu, bir işçinin bir şirkətdə vəzifələrin dəyişdirilməsi, məşğulluğun tənzimlənməsi və karyera inkişafını dəstəkləmək məqsədi ilə həyata keçirilən bir tədbirdir.

Rotasiya işçinin biliklərini genişləndirmək, təcrübə və bacarıqlarını artırmaq, yeni perspektivlər əldə etmək və mövcud vəzifədən sıxılma, rutinə düşmə riskini azaltmaq üçün tətbiq olunur. Bu proses işçilərə yeni imkanlar və məsuliyyətlər təqdim edərək motivasiyanı artırmağa da kömək edir.

Rotasiya şirkətin effektivliyini və inkişafını dəstəkləyən bir strategiya olaraq da qiymətləndirilir. Bu proses şirkətdə əsaslı bilik və təcrübələrə malik işçilərin fərqli bölmələrdə və vəzifələrdə çalışması vasitəsi ilə bir iş yeri mədəniyyətinin inkişafına, sinerji yaratmağa töhfə verir.

Rotasiya işçilərin tərəfdaşlıq və əlaqələrin inkişafına da imkan yaradır. Fərqli bölmələrdə və təşkilat hiyerarxiyasında çalışmaq vasitəsi ilə işçilərə şirkətin daxilində daha geniş bir şəbəkə və əlaqələr qurmağa imkan verir. Bu da təcrübə mübadiləsi, mentorluq və öyrənmə imkanlarının artmasına səbəb olur.

Nəticə olaraq, rotasiya işçilərin karyera inkişafına, beynəlxalq məsələlərə uyğunlaşmağa və şirkətin inkişafına yardım edən bir tədbir olaraq dəyərləndirilir. Bu proses şirkətlərə daha adaptiv və dinamik bir iş gücü qüvvəsi yaratmaq üçün önəmli bir alətdir.

Royalti

Royalti – Ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Rüsum

Rüsum – Həm hüquqi, həm də fiziki şəxslərdən hüquqi əhəmiyyəti olan işlərin görülməsi üçün alınan vergi.

Sabit xərclər

Sabit xərclər (Fixed costs) — Dəyişən xərclərdən fərqli olaraq, şirkətin sabit məsrəfləri istehsalın həcminə görə dəyişmir. Sabit xərclər malların və ya xidmətlərin istehsal edilib-edilməməsindən asılı olmayaraq eyni qalır. Beləliklə, şirkət sabit xərclərdən qaça bilməz. Sabit xərclərin ən ümumi nümunələrinə icarə və icarə ödənişləri, kommunal xidmətlər, sığorta, müəyyən maaşlar və faiz ödənişləri daxildir.

“VM Consulting” MMC fiziki və hüquqi şəxslər üçün mühasibat uçotu xidmətlərini təklif edir. Düzgün qurulmuş mühasibat uçotu ilə siz gəlirlərinizi və xərclərinizi düzgün şəkildə idarə edəcəksiniz. Bu məlumatların toplanması, təşkil edilməsi, qeydlərin aparılması və təhlil edilməsi ilə bağlı geniş məlumat alacaqsınız. Bu, şirkətin maliyyə mötəbərliyini qiymətləndirmək, effektivliklərini araşdırmaq və strateji qərarlar vermək üçün olduqca önəmlidir.

Sadələşdirilmiş vergi

Sadələşdirilmiş vergi növü əsasən mikro, bəzən kiçik sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur. Dövlət tərəfindən vergi yükünün azaldılması, vergi və mühasibat uçotunun sadələşdirilməsi, hesabat təqdimatının asanlaşdırılması məqsədi ilə yaradılmış vergi növüdür. Bu kriteryalardakı şəxslər sadələşdirilmiş vergi ödəyicisi hüququna malik ola bilər.

Sadələşdirilmiş vergi ödəyiciləri kimlərdir?

  • Avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər (könüllü ƏDV qeydiyyatına alınan şəxslər istisna olmaqla);
  • İdman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları;
  • Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;
  • Mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər;
  • Fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, vergini aylıq sabit dərəcəyə müvafiq əmsallar tətbiq edilməklə məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı ilə birlikdə ödəyən fiziki şəxslər;
  • Aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik;
  • Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla);
  • Çəkməçi, pinəçi;
  • Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
  • Ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi, ofisiant;
  • Nəqqaşlıq emalatxanaları;
  • Fərdi qaydada bərbər fəaliyyəti;
  • Fərdi qaydada dərzi fəaliyyəti;
  • Fərdi baytarlıq xidməti praktikası.

Vergi Uçotu Xidmətləri

“VM Consulting” MMC şirkəti vergi uçotuna dair hüquqi və fiziki şəxslərə konsultasiya və təlimat xidmətləri təklif edir. Bu xidmətlər, şirkət və fərdi şəxslərin vergi qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərməsinə kömək edir. Bu xidmətlərə vergi üzrə konsultasiya, vergi auditləri, hər hansı bir vergi sınağından keçmə ilə bağlı müdafiə, vergi planlaması, vergi üzrə müraciətlər və vergi uçotuna dair başqa xidmətlər daxildir.

Bundan başqa, şirkət müştərilərə vergi qanunvericiliyinə uyğun olaraq müvafiq vergi və rəqəmsal uçotlara dair hesabat hazırlamaq və təqdim etmək üçün də dəstək təmin edir. Bu, müştərilərin vergi öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirmələrini təmin edir.

“VM Consulting” MMC, müştərilərinin vergi uçotu prosesini idarə edərək onların vergi ödəmələri ilə bağlı qarşılaşdıqları çətin durumdan çıxmalarına kömək edir, fərdi və korporativ müştərilərinin maliyyə məsələlərində rahatlıq və əminlik hiss etmələrini təmin edir.

Sahibkar

Sahibkar — işin faydalığını qiymətləndirən, yeni müəssisənin təşkili, ya da yeni ideyanın (məhsulun), yaxud xidmətin işlənib hazırlanması ilə bağlı riski və məsuliyyəti öz üzərinə götürə bilən insandır. Sahibkarlıq ondan ibarətdir ki, işin mənfəətliliyini dəyərləndirməyi və mövcud resursların daha faydalı bölüşdürülməsi qabiliyyəti bacarmaqdır.

Sahibkar termini ilk dəfə XVIII yüzilliyin əvvəlində yaşamış fransız iqtisadçısı Risar Kantilon tərəfindən işlənilmişdir.

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmişdir. Sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi meyarları onların işçilərinin siyahı sayı və illik gəliri əsasında müəyyən olunur (cədvəldə verilmişdir).

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları

Sahibkarlıq subyektlərinin
ölçüsünə görə kateqoriyaları
İşçilərinin orta siyahı sayı
(nəfər)
İllik gəliri (ig)
(min manat)
Mikro sahibkar 1 – 10

ig ≤ 200

Kiçik sahibkar 11 – 50 200 < ig ≤ 3 000
Orta sahibkar 51 – 250 3 000 < ig ≤ 30 000
İri sahibkar 251 və ondan yuxarı 30 000 < ig

Sözügedən meyarlara əsasən işçilərinin siyahı sayı 10 nəfər və ondan az və ya illik gəliri 200 min manat və ondan aşağı olan sahibkarlıq subyektləri mikro, işçilərinin siyahı sayı 11 nəfərdən 50 nəfərədək və ya illik gəliri 200 min manatdan 3.000 min manatadək olan sahibkarlıq subyektləri kiçik, işçilərinin siyahı sayı 51 nəfərdən 250 nəfərədək və ya illik gəliri 3.000 min manatdan 30.000 min manatadək olan sahibkarlıq subyektləri orta, işçilərinin siyahı sayı 251 nəfər və ondan yuxarı və ya illik gəliri 30.000 min manatdan yuxarı olan sahibkarlıq subyektləri iri sahibkarlıq subyektləri hesab edilir.

İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Meyarlara əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 3-cü hissəsinə əsasən sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları əsasında həyata keçirilir. Beynəlxalq təcrübə araşdırılaraq müəyyən edilmiş yeni meyarlar həmin dəstək və güzəştlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradır.

Sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti — Şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətidir.

İqtisadi ədəbiyyatda və praktiki fəaliyyətdə “biznes” və “sahibkarlıq” anlayışları sinonim kimi işlədilir. Bu anlayışlar bir-birinə çox yaxın olsalar da, daşıdığı anlamlara görə bir-birindən önəmli dərəcədə fərqlənirlər. Biznes daha geniş anlayışdır. Əslində sahibkarlıq biznesin ayrılmaz tərkib hissəsidir. Biznes bütöv bir sistemdir və onun tərkibinə sahibkarlıq, istehlak, əmək və dövlət biznes növləri daxildir. Saydığımız biznes növləri öz aralarında bir-birilə sıx əlaqədardır və qarşılıqlı fəaliyyət göstərirlər, ancaq öz maraqlarını reallaşdıraraq öz rollarını dəqiq yerinə yetirirlər.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununda yazılır: “Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir”.

Azərbaycanda sahibkarlığın fərqli növləri var və başlıca olaraq üç böyük qrupa bölünə bilər:

  • Fərdi sahibkarlıq — Bu, əsasən bir nəfər tərəfindən idarə edilən və mülkiyyətçisinin şəxsi məsuliyyəti ilə əlaqədar olan kiçik və orta ölçülü biznesdir. Fərdi sahibkar, öz adından və hesabından işləyir və bütün qazanc və ya zərərə şəxsi məsuliyyət daşıyır. Bu növ sahibkarların adətən sadə strukturu və az sayda işçiləri olur.
  • Kollektiv sahibkarlıq — Bu tip sahibkarlıq bir qrup insan tərəfindən təsis edilir və idarə olunur. Kollektiv sahibkarlığa misal olaraq şərikli müəssisələr, qarşılıqlı şirkətlər və ya tərəfdaşlıqlar gətirilə bilər. Bu halda, biznesin idarə edilməsi və maliyyələşdirilməsi üzvlər arasında bölüşdürülür və hər bir şərik biznesin qazanc və zərərlərinə uyğun olaraq məsul olur.
  • Koporativ sahibkarlıq — Korporativ sahibkarlıq, əsasən, səhmlər vasitəsilə maliyyələşdirilən və idarə olunan iri biznes strukturlarını əhatə edir. Bu növ sahibkarlıqda, şirkətin mülkiyyəti səhmdarlar arasında bölüşdürülür. Korporativ sahibkarlıq, qapalı və açıq səhmdar cəmiyyətləri, qeyri-hökumət təşkilatları və başqa iri təşkilatları əhatə edir. Bu tip şirkətlər hüquqi şəxsiyyətə malik olur və idarə heyəti tərəfindən idarə edilir.

Hər bir sahibkarlıq növünün hüquqi, maliyyə və vergi tələbləri fərqlidir və bu, Azərbaycanın uyğun qanunvericiliyi ilə tənzimlənir. Sahibkarlığın hər hansı bir növünə başlamazdan öncə, müvafiq qanunvericilik və tələblərlə tanış olmaq vacibdir. Eyni zamanda, hüquqi məsləhət üçün peşəkar bir vəkilə müraciət etmək də faydalı ola bilər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ya da sahibkar olmağı düşünənlərə göstərilən xidmətlər

“VM Consulting” MMC Azərbaycanda istənilən növ sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara, ya da sahibkar olmağı planlaşdıranlara öz xidmətlərini təklif edir. Şirkət vergi uçotu, mühasibatlıq, kadr uçotu, agent və konsaltinq xidmətləri ilə birlikdə audit, təlim-təhsil, marketinq və hüquq sahəsində də yardımçı olmağa çalışır. Bizim xidmətlərdən yararlanmaq üçün Bakı şəhərinin mərkəzində yerləşən ofisimizə yaxınlaşa bilərsiniz:  Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 25C

Ancaq bu, xidmətlərimizdən yararlanmağın tək yolu deyil. Eyni zamanda elektron poçt vasitəsilə də bizimlə əlaqə qura, gərəkli məsləhətləri ala bilərsiniz. Mobil nömrələrdən birinə zəng edin: (051) 775-52-25(055) 775-52-25 və ya WhatsApp proqram təminatında yazın: (051) 775-52-25

 

Sanasiya

Sanasiya — Müəsisəni müflisləşməkdən qaytarmaq və ya onun rəqabət bacarığını yüksəltmək məqsədilə dövlət tərəfindən onun maliyyə durumunu yaxşılaşdırmağa yönəldilən tədbirlər sistemi.

Sanksiya

Sanksiya – Hər hansı qanun maddəsinin və hüquq normasının pozulmasına görə götürülən ölçü.