Saziş
Saziş – Müqavilə; qarşılıqlı razılıq, anlaşma, həmrəylik.
Saziş – Müqavilə; qarşılıqlı razılıq, anlaşma, həmrəylik.
Sertifikat — Bu və ya başqa faktı təsdiq edən sənəddir.
Xarici ticarətdə sertifikatın bir neçə növü işlədilir:
a) keyfiyyət sertifikatı-kompetent orqanlar tərəfindən verilən və malın keyfiyyətini təsdiq edən sənəd;
b) mənşə sertifikatı-ixlac edən ölkənin gömrük işçisi tərəfindən imzalanmış və malın hansı ölkədən ixlac edildiyini göstərən sənəd;
c) sığorta sertifikatı-sığorta müqaviləsinin şərtlərini göstərən və sığorta polisini əvəz edən sənəd.
Səhm — Qiymətli kağızdır ki, öz sahibinin səhmdarlar cəmiyyətinin üzvü olduğunu (oraya pul qoyduğunu) və cəmiyyətin gəlirinin bölüşdürülməsində (dividend almağa) hüququ olduğunu təsdiq edir.
Səhmdarlar cəmiyyəti — hər hansı bir işi yerinə yetirmək məqsədilə işgüzar adamların nizamnamə əsasında öz vəsaitlərini birləşdirmək üçün yaratdıqları cəmiyyətdir. Vəsait qoyan işgüzar bunun müqavilində qiymətli qağız səhm alır. Səhm sahibi olmaq isə hər bir işgüzara cəmiyyətin idarə olunmasında və gərilin müəyyən hissəsinin (dividendin) bölüşdürülməsində iştirak etmək hüququ verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyət sayılır. Səhmdar cəmiyyətinin nizamnaməsində hüquqi şəxsdən, hüquqi ünvandan başqa nizamnamə kapitalının həcmi, səhmin nominalı, səhmlərin miqdarı göstərilməlidir. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə, qanunla qadağan olunmamış başqa mənbələr hesabına yaranır.
Səhmdar cəmiyyəti açıq tipli səhmdar cəmiyyəti (ASC) və qapalı tipli səhmdar cəmiyyəti (QSC) cəmiyyət olaraq iki növə bölünür. Səhmdar cəmiyyətinin firma adında onun adı, habelə, “açıq tipli səhmdar cəmiyyəti” və ya “qapalı tipli səhmdar cəmiyyəti” sözləri göstərilməlidir.
Səhmdar cəmiyyəti haqqında qanunun 17-ci maddəsinə görə Cəmiyyətin Nizamnamə fondunun minimum həcmi açıq tipli cəmiyyətlər üçün 10 milyon manat, qapalı tipli cəmiyyətlər üçün isə 5 milyon manat müəyyən edilir.
Sərmayə – Fiziki aktivlərin əldə edilməsi üçün sərf olunan kapital.
Şəxs – İstənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi.
Səyyar yoxlama – Yoxlanan obyektlərə getməklə orada aparılan yoxlama.
Sığorta — Əmlakın korlanması və ya oğurlanması, yaxud ölüm və ya bədbəxt hadisə nəticəsində maliyyə itkilərindən qorunma üsulu.
Ssuda — Xüsusi maliyyə qurumları tərəfindən ayrıca şəxsə və ya müəssisəyə verilən borc.