Archives: İqtisadi terminlər lüğəti

Pensiya

Pensiya – Müəyyən əmək stajı olanlara, şikəstlərə, qocalara və s. dövlət tərəfindən verilən pul təminatı.

Pərakəndə satış

Pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Topdan satış satış nədir? Buradan oxuyun.

Podrat

Podrat – Müəyyən haqq müqabilində iş görməkdən ibarət öhdəlik və həmin öhdəlik üzrə görülən iş.

Podrat bir müəssisənin (əsasən bir tikinti-inşaat şirkətinin) başqa bir müəssisəyə (başlıca olaraq müştərinin təyin etdiyi bir proyektin sahibinə) qurğu və ya qurğularla bağlı xidmətlər göstərməyə razılaşdığı müqavilədir. Podrat müqaviləsi, təyin olunan işin məzmununu, qiymətləndirməni, işlərin icrası üçün şərtləri, müqavilənin bitmə və təslim tarixini və digər əsas məqamları təyin edir.

Podratçı

PodratçıPodrat üzrə işləyən adam və ya təşkilatdır.

Podratçı podrat müqaviləsinə əsasən, bir tikinti-inşaat layihəsinin yerinə yetirilməsi üçün lazım olan avadanlıq, ya da qurğuları təmin edən, idarə edən və işlərin icrasını həyata keçirən şəxs və ya şirkətdir. Podratçı müqavilənin şərtlərinə uyğun olaraq layihəni tamamlamaq və təhvil vermək üçün əsas məsuliyyəti öz üzərinə götürür.

Prolonqasiya

Prolonqasiya — Hər hansı bir anlaşmanın, müqavilənin, sazişin müddətinin uzadılması.

Proses

Proses – Hər hansı bir nəticəni əldə etmək üçün həyata keçirilən fəaliyyət ardıcıllığının məcmusu.

Protokol

Protokol – Danışıqların və ya yoxlamaların nəticələrini əks etdirən və ya tərəflərin imzaladığı sənəd.

Pul

Pul – Hər yerdə mübadilə vasitəsi kimi işlənən aktiv; ayrı-ayrı malların, xidmətlərin və digər aktivlərin qiymətləndirilmə vasitəsi.

Qaimə-faktura

Qaimə-faktura – satıcı tərəfindən ödəniş üçün göndərilən yazılı sənəddir. Qaimə-fakturada məhsulun və ya xidmətin təyinatı, miqdarı, qiyməti və ödəniş məbləği göstərilir.

Qapalı Tipli Səhmdar Cəmiyyəti (QSC)

Qapalı Tipli Səhmdar Cəmiyyəti (QSC) — yaxın zamanda təsisçilərin sayı və nizamnamə fondu artmayacaq cəmiyyətdir. Qapalı tipli səhmdar cəmiyyətlərində yayılan səhmlərin hamısı adlı səhmlərdir və onlar yalnız təsisçilər, ya da təsisçi müəssisələrin kollektivləri arasında bölüşdürülür. Bu cür səhmdar cəmiyyətləri nizamnamə kapitalını formalaşdırmaq üçün təsisçilərin öz kapitalları kifayət etdiyi hallarda yaradılır. Məhz bu səbəbə görə belə cəmiyyətlərin üzvlərinin sayı az olur və onlar da əksər hallarda ya şəxsən tanışlıq və ya qohumluq əlaqələrində olurlar. Səhmdar kapitalı könüllü səhmdarlar tərəfindən quylmuş vəsaitdən yaranır.

  • Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və təsisçilərinin əksəriyyətinin razılığı ilə özgəninkiləşdirilə bilən cəmiyyət QSC sayılır;
  • QSC buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə etmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz;
  • QSC səhmlərini yalnız təsisçilər arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yaya bilər;
  • QSC-nin səhmləri təsisçilər arasında bağlanmış müqaviləyə uyğun olaraq əldə edilir;
  • MM-in 100.3-cü maddəsinə görə cəmiyyət illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün dərc etdirməlidir;
  • QSC-lərin iştirakçılarının say həddi 50 fiziki və hüquqi şəxlərdən ibarət müəyyən edilmişdir;
  • QSC-nin nizamnamə kapitalının minimal həddi 2000 manat təşkil edir.